Baş redaktor: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz | 1news.az | Xəbərlər
Siyasət

Baş redaktor: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz

09:10 - 21 / 08 / 2019
Baş redaktor: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz

Hər gün medianı və sosial şəbəkələri izləyib, neqativ bir hadisə tapıb onu sevincək şəkildə siyasiləşdirən və bununla da guya müxalifətçilik edən AXCP sədri Əli Kərimli yenidən özünü ifşa edib. Lerikdə yerləşən “Relax” istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı “Facebook” səhifəsində tələm-tələsik status yazan Əli Kərimli növbəti dəfə isbatladı ki, o, nəinki siyasətçi deyil, həm də çox pis bloggerdir.

1news.az xəbər verir ki, bunu “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə “Facebook” səhifəsində yazıb.

“Çünki başqası haqqında fikir yürüdən bir siyasətçi öncə öz keçmişinə, siyasi fəaliyyətinə nəzər yetirməli, ondan sonra digərinə irad tutmalıdır. Əgər 26 il öncə AXC-Müsavat hakimiyyəti illərində dövlət katibi postunu tutmuş Əli Kərimli o zaman ölkədəki dərəbəyliyin, korrupsiyanın, özbaşınalığın yaddan çıxdığını düşünürsə və bu gün guya “Azərbaycanda qanunun aliliyi yoxdur” deyirsə, o halda biz ona bəzi xatırlatmaları etməliyik.

Məhz Əli Kərimlinin də təmsil olunduğu AXC-Müsavat iqtidarı başdan-başa korrupsiya içində olub. 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə o zamankı Prezident Əbülfəz Elçibəy üzünü məmurlara tutaraq deyirdi: “Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan, heç olmasa 100 minlərlə al... Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxır gedir.

O zaman Ali Məhkəmənin sədri olmuş Tahir Kərimlinin həmin müşavirədə dediklərini də Əli Kərimlinin nəzərinə çatdıraq: “Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri 10 illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb... Bəli, rüşvətxorluq respublikanı başına alıb gedir... mən axı hakimə necə deyə bilərəm ki, milyoneri işə bərpa edirsən, qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa edir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki cinayətkardır...., onlar bu gün Nazirlər Sovetinə, Dövlət Aparatına yığışıblar...”.

Bu sözləri isə sən, Əli Kərimli həmin müşavirədə söyləmisən: “Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur”.

Məhz sən dövlət katibi olduğun siyasi hakimiyyətin fəaliyyətini yararsız adlandırırsan və qeyd edirsən: “Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanılması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib... İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır”.

Bəli, birbaşa dövlət səviyyəsində məmurların cinayətindən də danışmalı olsaq, o zaman yenidən Əli Kərimlinin təmsil olunduğu AXC-Müsavat hakimiyyəti illərində baş verən qudurğanlıqlara baxmalıyıq. Buyurun, hələ o zaman daxili işlər naziri İsgəndər Həmidov bir dəfə “İstiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadəni kabinetində döyüb, külqabını başına çırpmışdı. Prezident Əbülfəz Elçibəy nə qədər təkid etsə də, İsgəndər Həmidov jurnalistdən üzr istəmədi. Nazirə gücü çatmayan Əbülfəz Elçibəy əlacsız qalıb Zərdüşt Əlizadədən özü üzr istədi. Hətta İsgəndər Həmidov qəzetin nömrəsini ona yedirtmişdi”, deyə baş redaktor əlavə edib.

Vurğulayıb ki, İsgəndər Həmidovla yanaşı, AXC-Müsavat hakimiyyətinin daha bir harınlamış nümayəndəsi Surət Hüseynov idi. Yevlaxda Yunun ilkin emalı fabrikinin rəhbəri olmuş Surət Hüseynov o qədər pul toplamışdı ki, başına böyük bir silahlı dəstə yığmışdı:

“Heç kəslə hesablaşmırdı, AXC-Müsavat hakimiyyəti ona düşmən münasibət bəsləsə də, qorxudan nəinki cəzalandıra bilməmişdi, əksinə ona Milli Qəhrəman adı da vermişdi. Lakin sonda yenidən çanaq o zamankı hakimiyyətin başında çatladı.

Buyur, Əli Kərimli, özbaşınalıq, dərəbəylik, qanunsuzluq deyirsən, hamısı sənin dövlət katibi olduğun AXC-Müsavat hakimiyyəti dövründə müşahidə olunub. Deyirəm, ictimai qınaq olmasa, İsgəndər Həmidovun, Rəhim Qazıyevin özbaşınalığını, Leyla Yunusun ermənilərə işləməyini də indiki hakimiyyətin ayağına yazardın...

Hətta heç zaman dilinə gətirmək istəmədiyin bir faktı da açıqlayaq ki, onu da ictimaiyyət bilsin. Necə olur ki, həyat yoldaşın Samara Seyidova AXC-Müsavat hakimiyyəti dövründə Prezident Aparatında, Azərbaycan Respublikası Prezidenti yanında əfv məsələləri üzrə şöbənin rəhbəri vəzifəsində çalışırdı. Sən, Əli Kərimli isə Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (1993) postlarında çalışırdın. Bir evdən eyni iş yerinə ayrı-ayrı xidməti maşınlarda gəlirdiniz. Bəs o vaxt qurduqlarınız "ailə hakimiyyəti" deyildi, bəs nə idi?

Bu cür faktları uzatmaq və çoxsaylı ifşaedici məlumatlar sadalamaq olar. Lakin tövsiyəm ondan ibarətdir ki, hansısa mövzuda danışmaq istəyərkən öncə keçmişinə, ləkəli məmur tarixinə bax, ondan sonra danış. Əlbəttə ki, bu təfəkkür və düşüncə ilə səni heç “Relax”a ofisiant da götürmək olmaz....".

1news.az

Paylaş:
639

Son xəbərlər

Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58
Bütün xəbərlər