1news.az

“Bavariya”dan 6-cı qələbə, “Qalatasaray” darmadağın oldu

12 Dekabr saat 09:29 ~ 2 dəqiqəlik oxu 1060
“Bavariya”dan 6-cı qələbə, “Qalatasaray” darmadağın oldu

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

1news.az-ın Apasport-a istinadən verdiyi xəbərə görə, VI turun son 6 görüşü keçirilib.

A, B və D qruplarında baş tutan oyunlardan sonra 1/8 finala son vəsiqə sahibini tapıb. “Atletiko” D qrupunda ikinci pilləni qorumağa nail olub.

“Tottenhem”i məğlub edən “Bavariya” qrupda 6-cı qələbəsini qazanıb. Almaniya klubu cari mövsüm 1/8 finala 100 faizlik nəticə ilə çıxan yeganə komanda olub.

Avropa Liqasına vəsiqə verən 3-cü yer üçün mübarizə aparan Türkiyə “Qalatasaray”ı səfərdə PSJ ilə görüşüb. Böyük hesabla uduzan İstanbul təmsilçisi qitənin ikinci dərəcəli klub turnirinə yollanmaq şansını qaçırıb. 5 cavabsız qola sevinən parislilərin heyətində fərqli futbolçular rəqib qapısına yol tapıb.

Hərçənd A qrupunun digər oyununda “Brügge” “Real”a uduzuduğundan “sarı-qırmızılar” qələbə ilə 3-cü ola bilərdi. Məğlubiyyət isə “Qalatasaray” üçün avrokubok mövsümünü başa vurmasına səbəb olub. Belçika klubu kimi “Bayer”lə “Olimpiakos” da Avropa Liqasına yollanıb.

Qeyd edək ki, bunadək “Barselona”, “Leypsiq”, PSJ, “Real”, “Bavariya”, “Tottenhem”, “Yuventus”, “Mançester Siti”, “Liverpul”, “Napoli”, “Çelsi”, “Valensiya”, “Borussiya” D, “Lion” və “Atalanta” 1/8 finala yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
11 dekabr

A qrupu 
00:00. “Brügge” (Belçika) - “Real” (İspaniya) – 1:3

Vaneken, 55 – Rodriqo, 53, Junior, 64, Modriç, 90
00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) – 5:0
İkardi, 33, Sarabia, 35, Neymar, 47, Mbappe, 63, Kavani, 84 (pen.)

1

PSJ

6

5

1

0

17-2

16

2

Real

6

3

2

1

14-8

11

3

Brügge

6

0

3

3

4-12

3

4

Qalatasaray

6

0

2

4

1-14

2

B qrupu
00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 3:1

Koman, 14, Müller, 45, Koutinyo, 64 – Sesseqnon, 20
00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) – 1:0
El-Arabi, 88

1

Bavariya

6

6

0

0

24-5

18

2

Tottenhem

6

3

1

2

18-14

10

3

Olimpiakos

6

1

1

4

8-14

4

4

Srvena Zvezda

6

1

0

5

3-20

3

D qrupu
00:00. “Bayer” (Almaniya) - “Yuventus” (İtaliya) – 0:2

Ronaldo, 75, İquayn, 90
00:00. “Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya) – 2:0
Feliş, 17 (pen.), Felipe, 54

1

Yuventus

6

5

1

0

12-4

16

2

Atletiko

6

3

1

2

8-5

10

3

Bayer

6

2

0

4

5-9

6

4

Lokomotiv

6

1

0

5

4-11

3

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net