Boykot olunmuşların iflası... Əli Həsənov yazır | 1news.az | Xəbərlər
Siyasət

Boykot olunmuşların iflası... Əli Həsənov yazır

15:16 - 01 / 11 / 2019
Boykot olunmuşların iflası... Əli Həsənov yazır

“Əziz oxucular!

Bildiyiniz kimi özünü Milli Şura adlandıran bir qrup radikal düşüncəli insanın toplaşdığı qurum noyabrın 2-də Bakı şəhərinin mərkəzində yenidən qanunsuz mitinq keçirmək fikrindən daşındıqlarını bəyan ediblər. Qurumun funksionerləri ard-arda açıqlama verərək niyə mitinq etmədikləri (əslində, edə bilmədikləri) barədə müxtəlif versiyalar səsləndirirlər:

“guya ki, Azərbaycan hakimiyyəti müəyyən təxribatlara əl atacaqmış, hansısa cinsi azlıqların mitinq meydanına gətirilmə ehtimalı varmiş, Gəncə hadisələri təkrarlana bilərmiş, radikal islamçı qruplar məqsədli şəkildə ön plana çıxarıla bilərmiş” və s. Anadolu türklərində gözəl bir deyim var: “Üzrü qəbahətindən betər olanlar”. Azərbaycan dövlətinin ünvanına və onu təmsil edən iqtidarın əleyhinə uzun müddətdir həqiqətə uyğun olmayan “ciddi fakt”lar uyduraraq, xarici aləmdə xalqımızı aşağılayan, daxildəsə vətəndaşları riyakarcasına aldadaraq qanunsuz aksiyalara səsləyən bu anti-milli Şura, indi də eyni riyakarlıqla mitinqi niyə təxirə salmaları haqqında qondarma səbəblər uydurmağa çalışır. Çox ümid edirəm ki, Milli Şuranın hansısa bir funksioneri özündə cəsarət tapıb mitinqin baş tutmamasının əsl səbəbini – radikal müxalifətin Azərbaycan xalqı tərəfindən tam boykot edildiyini açıq etiraf edəcək. Zamanında etiraf etmək insanı alçaltmaz, əksinə, ucaldar deyib müdriklərimiz...

2 noyabr ətrafında cərəyan edən hadisələr hazırda bir sual ortaya çıxarıb: görəsən, Azərbaycanda hazırda hər hansı mitinq, yaxud etiraz aksiyası keçirmək, xüsusən də radikal müxalifətin qeyri-sağlam məqsədlər üçün israrla təşkil etmək istədiyi qeyri-qanuni mitinqlər cəmiyyətin tələbatından doğur, yoxsa təşkilatçıların siyasi mövcudluğunun göstəricisidir, xarici anti-Azərbaycan qüvvələrlə onların əlaqələri üçün vasitədir və şəxsi maliyyə ehtiyaclarının ödənməsi mənbəyidir? Üzümü radikal müxalifətin təmsil olunduğu Milli Şura və AXCP rəhbərlərinin qeyri-real vədlərlə aldadaraq, öz şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün irəli verdiyi azsaylı Azərbaycan vətəndaşlarına tuturam: əziz vətəndaşlar, məgər sizə aydın deyilmi ki, AXCP və Milli Şuraya rəhbərlik edən bu şəxslər öz çirkin ambisiyalıarını reallaşdırmaq üçün sizi fəlakətə sürükləyir? Məgər siz fəqrində deyilmisiniz ki, bir ayağı burda, bir ayağı xaricdəki anti-Azərbaycan mərkəzlərinin qapısında olan, xarici ölkələrin səfirliklərində özlərinə düşərgə salan bu insanlar sizdən öz “qarşılıqlı-faydalı” ittifaqları naminə vasitə kimi istifadə edirlər? Üzümü bir daha bu anti-milli ünsürlərin şirin vədlərinə uyan, xaricdəki məkrli mənfəət qruplarının təsirinə düşən, öz dövləti ilə zor dilində danışmaq xülyasına qapılan, təcrübəsizliyi, məhdud dünyagörüşü səbəbindən reallıq duyğusunu itirən azsaylı vətəndaşlarımıza tutaraq bildirmək istəyirəm ki, əziz dostlar, sizin bütün problemləriniz – bizim, Azərbaycan dövlətini təmsil edən mövcud iqtidarın problemləridir.

Hörmətli cənab Prezident İlham Əliyev xalqımızın sosial-iqtisadi vəziyyətinin, maddi rifah halının daim yüksəlməsi, Qarabağ probleminin ədalətli həlli, ölkəmizin inkişafı, tərəqqisi, müasirləşməsi, dünyada söz sahibi olması üçün gecəli-gündüzlü yorulmadan çalışır. O öz çıxışlarında vətəndaşları dəfələlərlə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal olmağa səsləyib. Cənab Prezidentin bütün çıxışlarında “vətəndaş fəallığı” qırmızı xətlə keçir. Azərbaycan dövləti və hakimiyyəti vətəndaşlara heç bir siyasi ayrıseçkilik qoymur. Bizim üçün iqtidar, müxalifət, bitərəf ayrımı yoxdur. Odur ki, gəlin problemlərimizi birlikdə, qanunlarımıza hörmətlə yanaşaraq, danışaraq, məsləhətləşərək, dilaoqla həll edək. Biz hər bir sosial qrupu, ayrı-ayrı vətəndaşları dinləməyə, məsələlərin birgə həllini, çıxış yollarını aramağa hazırıq. İflasa uğramış radikal müxalifət xaricdən qrantlar almaq, öz mövcudluğunu davam etdirmək üçün sadə insanlardan, xüsusilə də, gənclərdən sipər kimi istifadə edir. Odur ki, bu mitinqlər də radikal müxalifətin cılız merkantil maraqlarına xidmət edir. Kim bu ölkədə dəyişiklik, yenilik, islahat, firavanlıq, öz sosial problemlərinin həllini istəyirsə, bu istəyin tək bir ünvanı varsa, o da ölkə başçısı və onun hakimiyyət komandasıdır.

Bir də üzümü öz ambisiyalarına görə Azərbaycan vətəndaşlarını anti-dövlət fəaliyyətinə sövq edən radikal müxalifət dairələrinə tuturam: “insanlar yanlış yoldan, qanunsuz hərəkətlərdən, qarşıdurmadan, öz xalqı, ölkəsi, dövləti əleyhinə işlərdən, cəmiyyətdəki dincliyi, asasyişi, sabitliyi pozmaq niyyətlərindən, nə qədər tez əl çəksə, bir o qədər yaxşıdır. Milli Şuranın rəhbərliyində və tərkibində olanlar bilməlidirlər ki, belə radikal hərəkətlərlə Azərbaycanda heç nəyə nail olmaq, ölkəni ötən yüzilin 90-cı illərinin əvvəlinə qaytarmaq, vətəndaşlarımızı, yeni nəsil gənclərimizi yanlış yola sürükləmək artıq mümkün deyil”.

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor.

Paylaş:
467

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər