Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib

12:04 - 30 / 11 / 2020
Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib

Noyabrın 30-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, cari ilin 11 mart tarixindən start verilən proqram çərçivəsində indiyədək ümumilikdə 5300-ə yaxın teledərs efirə gedib. İlin sonuna kimi bu rəqəmin 6 minədək çatması gözlənilir. Qeyd edək ki, gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır.

Həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır.

"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Paylaş:
492

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər