Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
1news.az
1403