Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı

14:57 - 27 / 01 / 2020
Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı

Əfqanıstanın şərqindəki Qəzni əyalətində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, təyyarədə 83 sərnişin olub.

Təyyarə "Taliban" radikal hərəkatının nəzarətində olan dağlıq əraziyə düşüb.

Bəzi məlumatlara əsasən, təyyarə yanmağa başlayıb.

Hadisənin digər təfərrüatları məlum deyil.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər