Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır | 1news.az | Xəbərlər
Dünya

Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır

13:20 - 07 / 07 / 2020
Elektron tullantıların həcmi dünya əhalisindən üç dəfə daha sürətli artır

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatına əsasən, 2019-cu ildə 53,6 milyon ton kompüter, noutbuk, mobil telefon, televizor, soyuducu və başqa məişət elektronikası zibilliyə atılıb. Bu, 5 il əvvəllə müqayisədə 21% daha çoxdur. 2030-cu ilədək elektron tullantıların həcmi 74 milyon tona yaxınlaşa, yəni 16 ildə 2 dəfə arta bilər.

1news.az ictnews.az-a istinadən bildirir ki, "son 5 ildə elektron tullantıların həcmi dünya əhalisinin sayından üç dəfə daha sürətli artır" - BTİ-nin nümayəndəsi Dorin Boqdan-Martin deyib. O bildirib ki, elektron zibillərdən formalaşmış dağlar - bu, dördüncü sənaye inqilabının nəticəsidir.

Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri elektron tullantıların ətraf mühitə və insanların sağlamlığına ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər. Zibilliyə atılmış bir çox qurğularda insanın beyninə və ya koordinasiya sisteminə mənfi təsir edən zəhərli elementlər və ya təhlükəli maddələr var.

Bugünkü gündə elektron tullantıların yalnız 17,4%-i rəsmi olaraq insan üçün təhlükəsiz şəraitdə emal edilir. Digər avadanlıqlar zibilliklərə tullanılır. Həmin texnikaların tərkibində qızıl, gümüş, mis, platin və digər bahalı materiallar var. Onların ümumi qiyməti 57 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da əksər ölkələrin ümumi daxili məhsulundan çoxdur.

1news.az

Paylaş:
575

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər