1news.az

Ən çox səs toplayan yeni qadın deputatlar kimdir? – SİYAHI  

12 Fevral saat 16:20 ~ 4 dəqiqəlik oxu 32640
Ən çox səs toplayan yeni qadın deputatlar kimdir? – SİYAHI  

Fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrinə görə 22 qadın namizəd seçki dairələrində lider olub.

Onlardan ən gənci – Səbinə Xasayeva (26 yaş), ən böyüyü isə – Aqiyə Naxçıvanlıdır (69 yaş).

Milli Məclisin əvvəlki tərkibində 21 qadın deputata təmsil olunurdu. Bunlardan aşağıdakılar yenidən seçilib:

Ülviyyə Həmzəyeva - 37 yaş

Ülviyyə Ağayeva - 41 yaş

Pərvin Kərimzadə - 44 yaş

Qənirə Paşayeva - 44 yaş

Sevinc Fətəliyeva - 40 yaş

Sevinc Hüseynova - 50 yaş

Kamilə Əliyeva - 52 yaş

Jalə Əliyeva - 53 yaş

Məlahət İbrahimqızı - 61 yaş

Sahibə Qafarova - 64 yaş

Sədaqət Vəliyeva - 65 yaş

Aqiyə Naxçıvanlı - 69 yaş

1news.az xəbər agentliyi növbədənkəanr parlament seçkilərində lider olan 10 qadın namizəd haqqında məlumat təqdim edir:

Səbinə Xasayeva – 26 yaş

Azərbaycan Dillər Universitetinin bakalavr və magistr dərəcəsi ilə yanaşı, Azərbaycan Neft və Sənaye Universitetini (MBA) bitirib. İngilis və norveç dillərini mükəmməl bilir.

“Yeni Azərbaycan” Partiyasından Qaradağ-Binəqədi-Yasamal rayonları üzrə 12 saylı seçki dairəsindən namizədliyi irəli sürülüb. 48,5% səs toplayıb.

Könül Nurullayeva – 34 yaş

2009-cu ildən Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürülüb, 46.1% səs toplayıb.

Nigar Arpadarai – 38 yaş

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Azərbaycan Formula-1 Qran Prisinin təşviqatçısı, kristal nüfuza sahib şəxs, ölkədə aparıcı PR mütəxxəsisdir.

29 saylı Səbail seçki dairəsindən namizədliyi irəli sürülüb, 42,3% səs toplayıb.

Jalə Əhmədov – 38 yaş

İxsisasca hüquqşünasdır.

59 saylı Salyan seçki dairəsindən namizədliyi irəli sürülüb, 59.7% səs toplayıb.

Əminə Ağazadə - 39 yaş

BDU-dan bakalavr və magistr dərəcəsi üzrə məzundur. 2002-ci ildən prokurorluqda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan, rus və ingilis dillərini bilir.

57 saylı Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülüb, 64.8% səs toplayıb.

Sevil Mikayılova – 45 yaş

Trend informasiya agentliyinin baş direktorun müavinidir.

56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyi irəli sürülüb, 43,8% səs toplayıb.

Fatma Yıldırım – 47 yaş

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu və fəlsəfə doktorudur. 2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kadrlar şöbəsinin müdiri olub.

“Yeni Azərbaycan” Partiyasından 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülüb, 65.7% səs toplayıb.

Afət Həsənova – 59 yaş

Seçkidən əvvəl Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini tutub. 32 saylı Suraxanı 3-cü seçki dairəsindən “Yeni Azərbaycan” Partiyasıdan nazizədliyi irəli sürülüb, 64,9% səs toplayıb.

Tamam Cəfərova – 60 yaş

Hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorudur.

2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub.

85 saylı Şamaxı seçki dairəsindən müstəqil namizəd kimi irəli sürülüb, səslərin 48,9%-ni qazandı.

Hicran Hüseynova - 64 yaş

1977-ci ildən Bakıdakı 189 nömrəli orta məktəbdə müəllim işləyib. 1988 - 1993-cü illərdə Bakı Dövlət Universitetində siyasi tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.

1999-2003-cü illərdə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

41 saylı Sumqayıt 1-ci seçki dairəsindən “Yeni Azərbaycan” Partiyasıdan irəli sürülən namizəd 32,6% səs toplayıb.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net