Ərdoğan: Türkiyə Azərbaycana dəstəyinə görə ABŞ sanksiyalarından qorxmur
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur.
1news.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bir sıra ABŞ siyasətçisinin Ankaraya Azərbaycana dəstəyi ilə əlaqədar sanksiya tətbiq etmə təhdidlərinə toxunaraq bildirib: "Türkiyə təhdidlərdən qorxmur. Ankaraya təzyiq Türkiyənin artan nüfuzunun nəticəsidir" - deyə, Ərdoğan sözlərinə əlavə edib.
Qafar Ağayev
484