Erməni milyonçunun Paşinyana məktubu: Ermənistanın hazırda düşdüyü ciddi problemləri həll etmək imkanında deyilsiniz | 1news.az | Xəbərlər
Ermənistan

Erməni milyonçunun Paşinyana məktubu: Ermənistanın hazırda düşdüyü ciddi problemləri həll etmək imkanında deyilsiniz

23:38 - 28 / 10 / 2020
Erməni milyonçunun Paşinyana məktubu: Ermənistanın hazırda düşdüyü ciddi problemləri həll etmək imkanında deyilsiniz

Rusiyada yaşayan erməni milyonçu, “Monarx” şirkətinin baş direktoru, texniki elmlər doktoru Sergey Ambartsumyan Ermənistan baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, erməni mediasında yayılan məktub ölkədəki vəziyyəti tam aydınlaşdırmaqla bərabər, cəmiyyətdə böyük rezonans doğurub.

“Dalandan çıxmaq üçün variant” adı ilə yayılan müraciətdə Ambartsumyan Paşinyana müraciətlə qeyd edib ki, 2018-ci ildə xalq heç də sənin xidmətlərinə görə deyil, əvvəlki hakimiyyətə səmimi etirazına görə ardınca gedib:

“Onlar daha ədalətli və perspektivli dünyada, xoş və işıqlı aurada yaşamaq üçün sizin ardınızca getdilər və əminəm ki, siz də buna inanırdınız.

Mən hakim deyiləm və son 2,5 ildə baş verənləri qiymətləndirməyə hazırlaşmıram – buna daha sonra xalq qiymət verəcək. Ancaq siz təsdiqləyə bilərsiniz ki, bütün xalq artıq bizim çıxılmaz vəziyyətdə olduğumuzu, tam krizis durumuna düşdüyümüzü görür”.

1992-ci ildə də ağır vəziyyətə düşdüklərini, buna baxmayaraq, “qalib gəldiklərini” xatırladan Ambartsumyan Rusiyasız heç nəyi həll etməyin mümkün olmadığını bildirib. Ona görə də şirkət direktoru təklif edib ki, Paşinyan təcili vəzifədən getməli və hakimiyyəti Rusiyanın etibar etdiyi şəxsə verməlidir.

“Tam dəqiqdir ki, Ermənistanın hazırda düşdüyü ciddi problemləri siz həll etmək imkanında deyilsiniz. Siz hakimiyyəti kritik situasiyada xalqı konsolidasiya edə bilən liderə verməlisiniz”.

Sonda Ambartsumyan qeyd edib ki, siyasətlə məşğul olmur, sadəcə, hazırkı çıxılmaz dalandan çıxış yolu kimi bunu təklif edir.

S.Xankişiyeva

 

 

Paylaş:
577

Son xəbərlər

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər