Ermənistan ordusu Qazaxın Qaymaqlı kəndini atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ordusu Qazaxın Qaymaqlı kəndini atəşə tutub

17:02 - 20 / 01 / 2018
Ermənistan ordusu Qazaxın Qaymaqlı kəndini atəşə tutub

Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib.

Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

S.Xankişiyeva

 

Paylaş:
1114

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər