Hikmət Babaoğlu: Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Babaoğlu: Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq

14:52 - 04 / 04 / 2020
Hikmət Babaoğlu: Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq

"Azərbaycan koronovirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır" .

1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilməkdədir:

"Elə hazırda ölkəmizdəki real vəziyyət də epidemiyanın daha çox  yayılması təhlükəsinin nazarət altında saxlanıla bildiyindən xəbər  verir . Ancaq nə qədər ki , vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzu olunan səviyyədə deyi o qədər də evvektiv nəticədən danışmaq tezdir . Ona görə də qarantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevirilməlidir . Sosial məsuliyyət və sosial təcridolunma yaxud özünü sosial təcridetmə hazırki mərhələdə koronovirausa qarşı ən effektiv "dərman" kimi başa düşülməlidir . Ancaq təssüf ki , bəzən hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var . Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və düşünürəm ki , bu  öz nəticəsini verəcək . Ancaq ehtiyac yaranarsa daha da  sərt tədbirlərin alınması mütləq nəzərdə tutulmalıdır" .

Deputat bildirib ki,  Azərbaycan dövləti təhlükəni minimizə etmək üçün kompleks tədbirlər həyata keçirir.

"İqtisadi blokda həyata keçirilən tədbirlər də bura daxildir. Hamıya aydındır ki , epidemiya sosial sferada ciddi fəsadlar yartdığı qədər iqtisadi sektorda da böyük zərərlərə yol açır. Bu istiqamətdə önə çıxan əsas  problemlərdən biri  də sosial təminatı zəif olan təbəqənin   və sahibkarlığın dəstəklənməsi məsələsidir . Hazırda bu istiqamətdə də  mühüm tədbirlər həyata keçirilməkdədir .İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə on istiqamətdə xüsusi proqram hazırlanıb .Buraya sahibkarlığın dəstəklənməsindən başlamış vergi güzəştləri ,ipoteka kreditləri ,elektrik enerjisinin kommunal limitlərinin artırılması və.s kimi bütöv bir baket daxildir . 

Paketin icrası nəticəsində 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət  tərəfindən ödəniləcək  Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq . Həyata keçirilən bu tədbirlər sübhəsiz ki ,  ölkəmizdə iqtisadi dinamizmi təmin edilməsinə yardımçı olacaq və vətəndaşlarımızın iqtisadi itkilərinin maksimum  azaldılmasına xidmət edəcək".

Qafar Ağayev

Paylaş:
710

Son xəbərlər

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59
Bütün xəbərlər