Hikmət Hacıyev Kubadan Azərbaycana gələcək həkimlərdən danışdı: Kuba zəngin təcrübəyə malikdir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Kubadan Azərbaycana gələcək həkimlərdən danışdı: Kuba zəngin təcrübəyə malikdir

17:25 - 10 / 07 / 2020
Hikmət Hacıyev Kubadan Azərbaycana gələcək həkimlərdən danışdı: Kuba zəngin təcrübəyə malikdir

“Kuba dünya miqyasında zəngin bir tibbi təcrübəsi var. Həmçinin epidemiologiya və pandemiyaya qarşı mübarizədə, xüsusilə ebolaya qarşı mübarizədə Kuba zəngin təcrübəyə malikdir”.

1news.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqdə Kubadan Azərbaycana gələcək həkimlərlər bağlı çıxışı zamanı deyib.

“Afrikada Ebola pandemiyası yayılan kubalı mütəxəssislərin bu prosesdə iştirakı dünya miqyasında çox müsbət qiymətləndirilir. Kuba ilə Azərbaycan arasında dostluq münasibətləri var, bu çərçivədə də ölkələrimiz arasında imzalanan müvafiq sənədə uyğun olaraq kubalı mütəxsəssilər Azərbaycana gələcəklər”.

Qafar Ağayev

Paylaş:
761

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər