Kəbəni belə görməmişdiniz - koronavirusa görə boş qalıb - FOTO
Səudiyyə Ərəbistanının Ümrə ziyarətinin qadağan olunması ilə bağlı qərarından sonra Kəbə boş qalıb.
1news.az-ın məlumatına görə, sözügedən qərardan sonra Kəbənin yerləşdiyi Məscidül-Həram-da ancaq işçilər qalıb.
Qeyd edək ki, mart ayının 2-də İrandan Səudiyyə Ərəbistanına gələn şəxsdə koronavirus tapılıb.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hazırda 98 mindən çox insan yeni növ koronavirusa yoluxub. 55 min insan xəstəlikdən sağalıb, 3 mindən çox insan dünyasını dəyişib.
1news.az
3031