Kontakt home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarini ləğv edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarini ləğv edir

12:22 - 01 / 12 / 2020
Kontakt home əmək qabiliyyətini itirmiş hərbçilərin kredit borclarini ləğv edir

Kontakt Home mağazalar şəbəkəsi II Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirmiş hərbçilərin şirkətə olan kredit borcunu ləğv edir. Hər zaman Korporativ Sosial Məsuliyyət layihələri ilə seçilən Kontakt Home mağazalar şəbəkəsinin bu jesti Beynəlxalq Əlillər Günü ərəfəsində etməyi xüsusilə təqdirəlayiqdir.

Əgər müharibə iştirakçısı:

  • İkinci dərəcəli əlillik qrupuna mənsubdursa, onun borcu tam bağışlanır.
  • Birinci dərəcəli əlillik qrupuna mənsubdursa, onun özü ilə bərabər, həm də ailə üzvlərinin (ana, ata həyat yoldaşı və 18 yaşadək övladı) borcu tam bağışlanır.

Eyni zamanda Kontakt Home bu döyüşlərdə yararlanan və hazırda müalicəsi davam edən hərbçilərə əmək fəaliyyətlərini bərpa etdikləri müddətdə dəstək olmaq məqsədilə, onların kredit borcları üzrə ödənişlərini dondurmaqda davam edir.

Ümumilikdə Kontakt Home mağazalar şəbəkəsi hərbi əməliyyatlar dövründə aktiv vətənpərvərlik layihələri ilə seçilib. Şəbəkə yaralı hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşlarının ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

Bundan əlavə, Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş şəbəkə əməkdaşı Aslan Rzayevin bir yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb, ailəsinə; eyni zamanda II Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın ailəsinə 20 000 manat məbləğində maddi yardım ayırıb.

II Qarabağ müharibəsi iştirakçıları, həmçinin həmin müharibənin şəhid və yaralıları barədə Kontakt Home mağazalar şəbəkəsinin tətbiq etdiyi bütün güzəştlər barədə daha ətraflı buradan məlumat ala bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
478

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər