Kontakt Home karantin bölgələrinə sovqat göndərdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt Home karantin bölgələrinə sovqat göndərdi – FOTO

11:30 - 07 / 04 / 2020
Kontakt Home karantin bölgələrinə sovqat göndərdi – FOTO

COVID-19 (koronavirus) səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq məqsədilə Kontakt Home mağazalar şəbəkəsi xüsusi rejimli Qobustan və Masallı rayon mərkəzi xəstəxanalarına elektronika məhsulları yollayıb. Bu barədə şirkətdən məlumat veriblər.

Məhsullar göndərilməzdən öncə xəstəxanaların ehtiyacları öyrənilib. Xəstəxanalardan verilən məlumata əsasən, pasientlərin ən çox ehtiyac duyduqları əşyalar əyləncə, musiqi ilə bağlı elektronika məhsullarıdır. Bu ehtiyacları qarşılamaq üçün şirkət qeyd olunan xəstəxanalara smart televizorlar, AiləTV paketləri, musiqi mərkəzləri və portativ aksutika məhsulları göndərib.

“Əlbəttə ki, fədakar tibb işçilərimiz bu dəqiqə onların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Amma deyirlər xoş əhval-ruhiyyə də immuniteti gücləndirir. Ona görə soydaşlarımızın əhvalını xoş tutmaq, onları pozitiv dalğaya kökləmək və özlərini evindəki kimi hiss etmələri vacibdir. Kontakt Home ailəsi olaraq onlara öz kiçik qayğımızı göstərmək istədik və lazım olacağını düşündüyümüz əşyaları yolladıq”- deyə, Kontakt Home-un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Ötən günlərdə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şirkət “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq bütün müştərilərinin aylıq kredit ödənişlərinə 1 aylıq güzəşt tətbiq etmişdi.

Şirkət öz fəaliyyətində də təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə www.kontakt.az saytından onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Reklam hüququnda

 

Paylaş:
586

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər