Könüllülərimizin qəhrəmanlıq dastanı - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Könüllülərimizin qəhrəmanlıq dastanı - TƏHLİL

10:20 - 14 / 01 / 2021
Könüllülərimizin qəhrəmanlıq dastanı - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse‐prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə könüllülük fəaliyyəti yeni bir mərhələyə qədəm qoyub.

Gənclərimiz vətəndaşlıq vəzifəsini yerinə yetirmək, inandığı həqiqətlərin arxasıyca getmək, təcrübə qazanmaq, bacarıqlarını artırmaq, sosiallaşmaq, Vətənə olan borcunu qaytarmaq, ən əsası özünü ruhən rahat və xoşbəxt hiss etmək üçün qoşulduqları hər hansı sosial fəaliyyətə innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə yeni nəfəs verirlər.

Qarabağ Azərbaycandır!

Məhz "Könüllülər İli"ndə ermənilərin bu günə qədər dünyaya danışdığı "yenilməz ordu nağılı"nın sonu məğlubiyyətlə nəticələndi və sonda göydən başlarına almalar yox, bizim dronlar düşdü. Ali Baş Komandanımızın başçılığı ilə müzəffər ordumuz 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi.

Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsi, əsgərlərimizin mübarizliyi və zabitlərimizin yüksək peşəkarlığı sayəsində torpaqlarımız düşməndən təmizləndi, könüllü əsgər kimi ordu sıralarına yazılan hər bir igid Azərbaycan oğlu əlində silah cəbhəyə yollanaraq düşmənə layiqli cavabı verdi.

Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətini yaratmaq istəyən, Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edən ermənilərin arzuları ürəklərində qaldı. Bütün siyasi təzyiq və təhdidlərə baxmayaraq, dünyanın hər yerində hörümçək toru quran mənfur əməlli erməni lobbisi dövlət başçımızın uzaqgörən siyasəti qarşısında diz çökür. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə həhayət son qoyuldu.

Dədə-baba torpaqlarımıza Livan ermənilərini qanunsuz və təxribat məqsədi ilə köçürən, danışıqlar prosesini daha da qəlizləşdirən, Dağlıq Qarabağla Ermənistan arasında yol infrastrukturunun "inşa edilməsi" istəyini dəfələrlə dilə gətirən düşmən çox güman ki, "dəmir yumruq"la birdəfəlik susdurulacağını ağlına belə, gətirmirdi. Nəticədə əsrlərlə Azərbaycan xalqına edilmiş haqsızlıqlara tutarlı cavab verildi! Erməni yalanı, erməni mifi ifşa edildi! Ali Baş Komandanımızın uğurlu siyasətinin nəticəsində əsrin qələbəsini qazandıq! Vətəndaş olaraq, mən də fəxr edirəm ki, bu cür qələbəmizin şahidi oldum!

Sağlamlığımızın ağ xalatlı könüllü keşikçiləri

Həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında yaralı hərbçilərimizi, əsgərlərimizi həyata qaytaran həkimlərimizin Vətən müharibəsindəki rolu əvəzsizdir. Onlar könüllü şəkildə bu müharibəyə qoşulub, qələbəyə öz töhfələrini bəxş ediblər.

Müharibədə tək qadın şəhid də məhz tibb işçisidir. Unutmadıq, sayğı ilə anırıq!

Peşəkar həkim ordumuz düşmənlə savaşda əsgərlərimizlə çiyin-çiyinə böyük qəhrəmanlıq nümayiş etdirirlər.

Döyüşçülərə tibbi xidmətlərin, çevik ilkin yardımın yüksək səviyyədə göstərilməsi, onların ixtisaslaşdırılmış səhiyyə ocaqlarına dərhal yola salınması nəticəsində can itkisinin qarşısı alınır.

Yüzlərlə yaralımıza şəfa bəxş edən həkimlərimiz Vətən müharibəsi qələbə ilə bitdikdən sonra da yaralıların müalicəsini davam etdirir və reabilitasiyasını həyata keçirirlər.

Bəs dünya ölkələri ilə müqayisədə ölkəmizdə ölüm səviyyəsinin çox aşağı olmasının səbəbi nədir?

Bu, ilk növbədə, peşəkar həkimlərimizin fədakarlığı hesabınadır.

Biz hamımız karantin rejimi qaydalarına uyğun olaraq, qapalı məkanlarda maska geyinib, sosial məsafəni qoruyub, gigiyenik qaydalara riayət etməklə bu çətinliyin də öhdəsindən uğurla gələcəyik.

Əhalisinin sıxlığı çox olan Çinin virusları daşıyan heyvanlarla sıx təmasda olan yerli sakinləri arasında koronavirusun (COVID-19) yayılması bütün bəşəriyyəti təhlükəli pandemiya ilə üz-üzə qoyur. Kəskin ağciyər xəstəliklərinə səbəb olan bu virus sürətlə dünya ölkələrində yayılmaqdadır.

Koronavirus infeksiyası ilə mübarizənin uğurla nəticələnməsində, şübhəsiz ki, həkimlərin, tibb işçilərinin rolu danılmazdır. Çünki koronavirus kimi təhlükəli virusa qarşı gecə-gündüz ön cəbhədə mübarizə aparan onlardır.

Həkimlərimiz günlərlə ailə üzvlərini görə bilmir, yorulmadan müalicəyə ehtiyacı olan xəstələrin həyatını xilas edirlər. Bu yöndə onları xatırlamağı özümə vətəndaşlıq borcu bilirəm!

Ermənistanın təxribatı

Danışıqların hüquqi müstəvidə həllinin mümkünsüzlüyünü göstərən son damla Nikol Paşinyanın Xankəndində sərxoş vəziyyətdə "Qarabağ Ermənistandır və nöqtə" kimi sərsəm çıxışı olur.

Ölkəmizin neft infrastrukturunu özünün əsas hərbi hədəflərindən biri olaraq seçən düşmən Azərbaycanın enerji və nəqliyyat kompleksini sıradan çıxarmağı planlanlaşdırır.

Paşinyan hökumətinin əsas məqsədi bölgədə yeni gərginlik mənbəyi yaratmaq və münaqişənin coğrafiyasını genişləndirmək yolu ilə özünün də iştirakçısı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regiona cəlb olunmasını təmin etmək olur.

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı verdiyi qətnamələrə baxmayaraq, separatçı qurum fəaliyyətinə son qoymur, əksinə, torpaqlarımızda daha da möhkəmlənmək üçün özlərinə yeni havadarlar axtarıb tapırlar.

Dağlıq Qarabağ münaqişəsinin xüsusi prinsiplər əsasında sülh yolu ilə həlli üçün yaradılmış qurum olan ATƏT-in Minsk qrupuna üzv ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini uzadır, günü günə satırlar. Bir sözlə, uzun illər davam edən danışıqlar heç bir nəticə vermir.

Son vaxtlar Ermənistan hakimiyyətinin təxribatçı bəyanatları, provakasiya tipli hərəkətləri müharibəni qaçılmaz edir.

Ermənilərin hərbi təxribatlarına verilən əks hücum cavabı nəticəsində Dünya Birliyi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin möhkəm iradəsinin, xalqımızın birliyinin, silahlı qüvvələrimizin hərbi qüdrətinin şahidi olur.

Terrorçu Ermənistanın silahlı qüvvələrinə rəhbərlik edənlər cəbhədəki məğlubiyyətlərinin heyfini mülki əhalimizə qarşı hərbi cinayətlər törətməklə, istifadəsi qadağan olunmuş ballistik raketlər, fosforlu bombalar, kasetli bombalar vasitəsi ilə şəhərləri atəşə tutmaqla ala biləcəklərini düşünürlər. Lakin düşmən yanılır.

Ermənilər tərəfindən həyata keçirilən silahlı təxribatlarının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə müdafiə tədbirləri görən ordumuz düşmənə əsl layiq olduğu cavabı verir.

Qarabağı erməni terrorçularından təmizləməyi öz müqəddəs amalına çevirən şanlı ordumuz işğalda olan Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Şuşa şəhərlərini, bir çox kənd və strateji yüksəklikləri azad edir.

Sentyabrın 27-də, səhər saatlarında düşmənin cəbhədə təxribat törətməsi ilə başlanan Vətən müharibəsinin nəticəsində işğaldan azad edilən kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan üçrəngli bayraqların hər biri qələbəmizdən şadlanan qəhrəman şəhidlərimizin ruhudur.

Seyid Aynur

Paylaş:
512

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər