“Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz” – Prezidentə məktub

14:30 - 17 / 07 / 2020
“Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz” – Prezidentə məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Ənvər Haqverdiyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, Sizin sözünüz dünyanın vahid qərarı olduqca Ermənistan aqressivləşir və öz təcavüzkar niyyətini daha bariz nümayiş etdirir. Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz”.

Nərmin Hüseynzadədən, Zəngilan, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mənfur erməni qəsbkarları növbəti dəfə ölkəmizin suverenliyinin pozulması üçün hərbi təxribat törətmişlər. Ordumuzun layiqli cavabı nəticəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Cənab Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin üzvləri daim dövlət və dövlətçiliyə xidmət edir. Sizin rəhbərliyinizlə doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğal altında olan torpaqlarımızın azad olunması üçün hər an ön cəbhədə hərbçilərimizlə birlikdə döyüşməyə hazırıq və əmrinizi gözləyirik”.

Hakim Qənbərovdan, Lerik, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfəri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamıdır. Bu möhtəşəm hissləri Vətənə sevgi, Sizin qətiyyətli siyasətiniz, dövlət-vətəndaş birliyi yaradıb.

Bu dönməz qətiyyətin sayəsində Sizin - Ali Baş Komandanımızın döyüş əmri ilə yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcəyimizə əminik.

Bu hissləri bizə yaşatdığınıza görə leriklilər adından Sizə minnətdaram. Dövlətim və millətim üçün həmişə döyüşməyə və şəhid olmağa hazıram. Vətən sağ olsun”.

Mirzəka Ağayev və Rövşən Bədəlovdan, Saatlı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin qətiyyətli çıxışlarınızda Böyük Qələbənin işartılarını, işığını görürük. Əminik ki, bu günlər yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar.

Kəndimizin bütün sakinləri qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğunu bildirir, döyüş əmrinizi gözləyir”.

Fuad Şükürovdan, Füzuli, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Ordumuz düşmənə hər an layiqli cavab verməyi bacarır. Xalq-iqtidar birliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik yaradır. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib”.

Günay Yusifovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi. Bu hadisə Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu bir daha göstərdi. Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri düşmən hücumlarının qarşısı məharətlə aldı və düşməni geri oturtdu. Sizin də dediyiniz kimi, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır”.

Orxan Nuriyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Əfsuslar olsun ki, torpaqlarımızın 20 faizi işğalçı Ermənistanın təcavüzü altındadır. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu doğmalarımız həmin ərazilərdə yaşayıb yaratmışlar. İşğal olunmuş ərazilərimizdə tarixi, dini abidələr dağıdılıb yerlə-yeksan edilib. Son günlərdə erməni işğalçıları tərəfindən atəşkəsin pozulması beynəlxalq hüquq normalarının yenidən pozulması deməkdir. Biz həmişə inanmışıq və indi də inanırıq ki, Sizin müdrik, uzaqgörən siyasətiniz və ordumuzun gücü sayəsində doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyü çox qısa zamanda bərpa olunacaq. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik”.

Allahverdi Haxverdiyevdən, Qubadlı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz hər zaman ordu quruculuğuna böyük diqqət və qayğı göstərmisiniz. Son illər ordu quruculuğu sahəsində apardığınız islahatlar bu diqqət və qayğının bariz nümunəsidir. Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Sizin ordu quruculuğu ilə bağlı apardığınız uğurlu siyasət nəticəsində bu gün ölkəmizdə hərbi xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin gündən-günə daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmən geri oturdulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan heç bir zaman torpaqlarının işğalı ilə barışmayacaq.

Cənab Ali Baş Komandan, Biz hər zaman Sizin yanınızdayıq və bir əmrinizlə canımızı Vətən uğrunda qurban verməyə hazırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
607

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər