1news.az

MSK daha 2 seçki məntəqəsinin nəticələrini ləğv etdi

21 Fevral saat 16:50 ~ 1 dəqiqəlik oxu 239
MSK daha 2 seçki məntəqəsinin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

1news.az xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 18 və 38-ci seçki məntəqələrində öz təsdiqini tapıb.

O bildirib ki,18 və 38-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net