Ombudsman Səbinə Əliyeva Bərdə faktaraşdırıcı missiya həyata keçirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Səbinə Əliyeva Bərdə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

15:32 - 29 / 10 / 2020
Ombudsman Səbinə Əliyeva Bərdə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş kaset bombalardan istifadə etməklə Bərdənin ardıcıl iki gün atəşə tutulması nəticəsində baş vermiş insan tələfatı və vurulmuş zərərlə bağlı yerində araşdırma aparmaq üçün faktaraşdırıcı missiya çərçivəsində Bərdə şəhərindədir.

Bu barədə 1news.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Təəssüflə bildiririk ki, 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobudscasına pozan Ermənistan tərəfindən oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket hücumu nəticəsində biri uşaq olmaqla, 5 sakin həlak olub, 13 mülki şəxs isə yaralanıb.

Səhəri gün oktyabrın 28-də saat 13 radələrində yenidən Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində ticarət obyektlərinin yerləşməsi səbəbindən dinc sakinlərin daha sıx hərəkətdə olduğu mərkəzi ərazisinə raket zərbələri endirilməsi nəticəsində 20 nəfər həlak olub, 70 şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və bir çox nəqliyyat vasitələrinə külli miqdarda ziyan vurulub.

Bununla da müharibə və terror cinayətləri törətməkdə davam edən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli IV Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını bir daha kobud şəkildə pozub.

Ombudsman Səbinə Əliyeva Bərdədə həlak olmuş şəxslərin yaxınlarına və yaralılara baş çəkib, zərərçəkmiş şəhər sakinləri ilə görüş keçirib. Ombudsmanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi növbəti hesabatına daxil edilmək üçün yerində araşdırma zamanı yuxarıda qeyd olunanlarla əlaqədar faktoloji materiallar toplanılıb.

Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirməklə törədilən bu cinayətlərlə bağlı faktaraşdırıcı missiya çərçivəsində əldə edilmiş materiallar əsasında Ombudsmanın növbəti hesabatı hazırlanaraq, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Qafar Ağayev

Paylaş:
798

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər