1news.az

Pakistan səfiri: “Biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”

27 Oktyabr saat 13:17 ~ 1 dəqiqəlik oxu 1420
Pakistan səfiri: “Biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”

Azərbaycan başqasının torpağında yox, öz torpağında döyüşür və uzun müddətdir işğal altında olan torpaqlarını azad etməyə çalışır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, Azərbaycanın cəsur Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirlər:

“Biz bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, Vətəninizi müdafiə etmək sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net