PAŞA Qrup tərəfindən kubalı həkimlərlə müqavilənin daha 3 aylıq uzadılması maliyyələşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Qrup tərəfindən kubalı həkimlərlə müqavilənin daha 3 aylıq uzadılması maliyyələşdirildi

10:38 - 30 / 10 / 2020
PAŞA Qrup tərəfindən kubalı həkimlərlə müqavilənin daha 3 aylıq uzadılması maliyyələşdirildi

2020-ci ilin iyul ayında PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunmuşdur.  

1news.az xəbər verir, Dünyada və ölkəmizdə ümumi epidemioloji vəziyyətin hələ də ağır olduğunu nəzərə alaraq, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri sözügedən mütəxəssislərin Azərbaycanda daha 3 ay fəaliyyət göstərmələri məqsədilə xidmət haqqında müqaviləni uzadıb.  

Daha öncə qeyd olunduğu kimi, tibb mütəxəssisləri arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var. PAŞA Qrup Şirkətləri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müştərək fəaliyyəti nəticəsində ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə və ümumilikdə səhiyyə və tibb sahəsində dərin biliklərə malikdirlər. Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşməyə, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışmağa davam edəcəklər.

1news.az 

Paylaş:
609

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər