Politoloq: Paşinyan sadəcə “Danışıqlar prosesinin olmaması, müharibə riskini artırır” bəyanatına cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan sadəcə “Danışıqlar prosesinin olmaması, müharibə riskini artırır” bəyanatına cavab verdi

09:16 - 06 / 11 / 2019
Politoloq: Paşinyan sadəcə “Danışıqlar prosesinin olmaması, müharibə riskini artırır” bəyanatına cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxınlarda Dağlıq Qarabağ tənzimlənməsində maraqlı dinamika olduğunu açıqladı.

Dağlıq Qarabağ tənzimlənməsində dinamikanın olması mümkündür. Çünki çoxlu səylər göstərilir. Paşinyanın bütün bunların hamısından xəbəri var. Paşinyana müxtəlif təkliflər bildirilir. N.Paşinyan görüş anında deyilənləri başa düşür, Ermənistana qayıtdıqdan sonra verdiyi vədləri reallaşdıra bilmir. Reallaşdıra biməməsinin səbəbi təkcə Dağlıq Qarabağın ona qulaq asmaması deyil. N.Paşinyan şəxsiyyət, siyasi fiqur kimi ermənilərdə, xüsusən Dağlıq Qarabağ ermənilərində böyük nüfuza malik deyil. Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmaq erası getdi. İndi artıq erməni xalqına nüfuzlu, sözübütöv şəxsiyyət lazımdır.

Ermənistanın İctimai Şurasının sədri Vazgen Manukyan “Danışıqların olmaması, müharibə riskini artırır” bəyanatını verdi. V.Manukyan bir müddət Ermənistanın Müdafiə naziri, sonra isə Baş naziri olmuş şəxsdir. Ermənistan cəmiyyətində onu savadlı və mövqeni ortalığa qoymağı bacaran adam hesab edirlər və Vazgen Manukyan hər hansı bir şəxsi sıxıntı da keçirmir. Ola bilər açıqladığı bəyanat ona bundan sonra sıxıntı gətirsin.. V.Manukyan etiraf edir ki, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar getmir və danışıqların getməməsinin səbəbi də Ermənistan tərəfidir. Müharibə başlayacağı təqdirdə də əziyyət çəkən tərəf Ermənistan olacaq. V.Manukyan Serj Sərkisyanın müharibə riski ilə danışıqlar prosesi arasında necə balans yaratdığını görürdü.

N.Paşinyan başa düşür ki, erməni xalqı üçün V.Manukyanın sözü daha böyük nüfuza malikdir. N.Paşinyan isə hal-hazırda yeganə Baş nazirdir ki, nəinki 297 min, hətta 500 min dollarlıq maşında gəzmək istəyir. Yəqin ki, Ermənistanın tarixində bundan da sonra belə Baş nazir olmayacaq və Paşinyan çalışır ki, 500 milyon dollarlıq təyyarədə gəzsin. Bunu onun özünün və ailəsinin maraqları tələb edir. Bunun üçün də N.Paşinyana indiki status-kvonu saxlamaq lazımdır. V.Manukyanın bəyanatı Paşinyanın bu planını pozur. Ona görə yenidən beynəlxalq ictimaiyyətin qarşısında yalan danışdı. V.Manukyanın dediyi düzdür, danışıqlar prosesinin yubanması hökmən müharibəyə gətirib çıxaracaqdır. Çünki ən azı effektiv danışıq prosesinin olmaması Ermənistan hərbçisində xofu artıracaq. Ermənistan hərbçisinin xofunun artması həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində özünü göstərəcək.  Beləliklə, N.Paşinyan həm də öz xalqına ən asan müharibə qazandırmış Baş nazir olacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
495

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər