1news.az

Prezident İlham Əliyevin müsahibəsi ən çox oxunan məqalə olub

25 Oktyabr saat 18:17 ~ 1 dəqiqəlik oxu 1380
Prezident İlham Əliyevin müsahibəsi ən çox oxunan məqalə olub

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi ən çox oxunan məqalə olub.

APA-nın məlumatına görə, bu barədə “Nikkei Asia”nın “Twitter” səhifəsində qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti Vətən müharibəsi başlayandan bu günə qədər dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb. Prezidentin "Fox News" telekanalına verdiyi sonuncu müsahibəsi də hazırda sosial şəbəkələrdə ən çox yayılan məlumatlar arasındadır.

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net