Azərbaycan QHT-ləri Ermənistanın uşaqları hərbi əməliyyata cəlb etməsilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT ünvanladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan QHT-ləri Ermənistanın uşaqları hərbi əməliyyata cəlb etməsilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT ünvanladı

14:10 - 25 / 10 / 2020
Azərbaycan QHT-ləri Ermənistanın uşaqları hərbi əməliyyata cəlb etməsilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT ünvanladı

Azərbaycan QHT-ləri Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsinə dair UNİCEF-in İcraçı Direktoru xanım Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri cənab Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidenti cənab Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidenti cənab Siddharta Kaul, Uşaq Müdafiə Fondunun icraçı direktoru xanım Bharti Vahi Uşaqlar üçün Qlobal Fondunun prezidenti cənab Con Heklingerə müraciət edib.

1news.az müraciəti təqdim edir:

Biz, Azərbaycanda uşaq hüquqlarını müdafiə edən QHT-lər olaraq böyük narahatlıq hissi ilə Sizə müraciət edirik.

Məlumat üçün bildiririk ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatmış və hərbi əməliyyatlar yenidən bərpa edilmişdir. Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülmüş, 300-dən çoxu yaralanmışdır. Təəssüf ki, Ermənistan hələ də  hərbi cinayət törətməkdə davam edir.

Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə  Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi  bir daha onu göstərir ki,  işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”.

İmza:

  1. "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm Hidayət,
  2. "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur Tofiq
  3. "Aran" uşaqların sağlam gələcəyi ictimiyi birliyi, Hüseynov İbrahim Qüdrət oğlu
  4. Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət Umud qızı
  5. "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad Soltan
  6. «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər Mürtəza
  7. "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə
  8. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən Nəhməd qızı
  9. "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə Ağabala
  10. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasi ictimai birliyi, Hüseynov Rəşad Fərəməz oğlu
  11. "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq Əhmədağa
  12. Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar Yaşar qızı
  13. Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı
  14. “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şüküfə Rəşid qızı
  15. "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman Bəndər
  16. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif Vaqif
  17. "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün Kamil qızı
  18. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam Akif oğlu
  19. "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə Nizami
  20. "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq Nəcəf
  21. "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət Turab
  22. "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə Xanış
  23. "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz
  24. "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad Oktay
  25. "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə Süleyman
  26. "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban Nəriman
  27. "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural Fariz
  28. "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə Mirtağı oğlu
  29. "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin
  30. “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam Musarza
  31. "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov
  32. "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə Ədalət
  33. “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar Nazim qızı
  34. Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil İsa
  35. Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım Yunus
  36. "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb Vaqif
  37. "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə İlham
  38. "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün Əzizağa qızı
  39. "Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə Oktay qızı
  40. "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay Fəzail qızı
  41. El Qayğısı" Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur Famil
  42. "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül Fəhrad
  43. "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur Vaqif"
  44. Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma Abbas

1news.az

Paylaş:
488

Son xəbərlər

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07
Bütün xəbərlər