Qurban Qurbanov – 48: Zəhmətkeşliyi və peşəkarlığı ilə fərqlənən məşqçi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov – 48: Zəhmətkeşliyi və peşəkarlığı ilə fərqlənən məşqçi – VİDEO

19:00 - 13 / 04 / 2020
Qurban Qurbanov – 48: Zəhmətkeşliyi və peşəkarlığı ilə fərqlənən məşqçi – VİDEO

Bu gün Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovun 48 yaşı tamam olur!

Qurban Qurbanovu ən yaxşı 2017-ci ildə dövlət başçısı İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol klubunun heyətini qəbul zamanı xarakterizə edib.

“Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi. Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrimə şərik olarlar, - Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir”, – prezident İlham Əliyev deyib.

Qurban Qurbanov futbolçu kimi peşəkar karyerasına 1990-cı ildə Zaqatalanın “Daşqın” klubunda başlayıb. Həmçinin Azərbaycanın digər klublarında – Tovuzun “Turan”, Mingəçevirin “Kür-Nur”, Bakının “Neftçi” və “İnter” kimi klublarında da çıxış edib. Xaricdə Gürcüstanın “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika” və “Volqar” klublarında oynayıb.

Azərbaycan yığmasında 68 oyun keçirib, 14 qol vurub. Bu nəticə ilə Qurban Qurbanov hələ də yığmanın ən yaxşı bordiri hesab olunur.

O, 2006-cı ildə futbol karyerasını başa vurub. Bir il “Neftçi”nin baş məşqçisi kimi çalışıb və 2008-ci ildən bu günə qədər “Qarabağ” klubuna rəhbərlik edir. Məhz Ağdam klubundakı işi Qurban Qurbanovu müstəqil Azərbaycan tarixinin ən yaxşı məşqçisi etdi.

“Qarabağ”la ardıcıl olaraq altı çempionluq titulunu qazanıb. Şübhə yoxdur ki, bu mövsüm də Ağdam komandası ardıcıl olaraq yeddinci çempionluğunu alacaq. Ancaq ən başlıcası, Qurban Qurbanov ardıcıl altı mövsümdə “Qarabağ”ı Avropa klublarının qrup mərhələsinə çıxarmasıdır. Komanda 5 dəfə Avropa Liqasında oynayıb və 2017/2018 mövsümündə tarixdə Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk Azərbaycan klubu olmuşdur.

Qurban Qurbanov bir il Azərbaycan yığmasının baş məşqçisi kimi çalışıb. Onun rəhbərliyi altında milli komanda Millətlər Liqasında oynayaraq qrupda ikinci yeri tutub.

Ağdamın “Qarabağ” klubu məşqçilərinin ad günü həsr olunmuş təbrik videosu hazırlayıb:

AFFA-nın vitse-prezidenti, Assosiasiyanın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıxov 1news.az-a müsahibəsində Qurban Qurbanovun zəhmətkeşliyini, ədəbini və nəticələrini xarakterizə edərdək qeyd edib:

“İlk növbədə, Qurban Qurbanovu ad günü münasibətilə ürəkdən təbrik etmək, ona cansağlığı və işlərində daha böyük uğurlar arzulayıram. Mən onun bu uğurları ilə fəxr edirəm. O, çalışqanlıqla böyük uğur qazana biləcəyini sübut etdi.

Hər şey insanın özündən asılıdır. Və bütün bu uğurlara Qurban Qurbanov özü nail oldu. Onun uğurları göz qabağındadır. Hamısı da Azərbaycan futbolunun adına həkk olunub. Onun zəhmətkeşliyini qeyd etmək istərdim. Mən onu futbolçu kimi tanıyıram, onun bütün karyerasını görmüşəm. Onun dəsti-xəttini dəyişmir. Necə futbolçu idi, eynilə məşqçi olaraq qaldı. O, özünü  tamamilə futbola həsr edib. Qurban Qurbanov daim öz üzərində çalışır, özünü inkişaf etdirir, yeni yanaşmalar axtarır. Və bu, onun uğurlara çatmağına imkan verir.

Qurban həmişə zəhmətkeşliyi ilə fərqlənib. Deməzdim ki, onun istedadı yoxdur. Əksinə, onda istedad və daimi öz üzərində çalışmaq birləşir. Həmişə demişəm ki, insan üç keyfiyyət – iş, ədəb və nəticə təyin edir. Və bu xarakteriklik Qurban Qurbanovu mükəmməl şəkildə təyin edir. Bunun sayəsində Azərbaycanda yüksək səviyyəli məşqçi yetişdi. Və o, həmişə nəticələri ilə bunu sübut edir”.

Öz növbəsində, tanınmış jurnalist, Qol.az idman portalının baş redaktoru Aydın Bağırov “Qarabağ”ın baş məşqçisinin belə xarakterizə etdi:

“Qurban Qurbanov haqqında danışarkən, ilk növbədə onun xasiyyətini qeyd edərdim. Hesab edirəm ki, müvəffəqiyyət yolunda onun xasiyyəti böyük rol oynayıb. Həmçininin o, özü üzərində çalışan, müasir futbolda gedən proseslərlə maraqlanan bir insandır. Qurban Qurbanov daim yeni təcrübə qazanmağa çalışır, Avropanın aparıcı klublarında təcrübə keçib.

Yadımdadır, bu təcrübələrdən biri “Barselona”da oldu. Bundan sonra, Kataloniya klubunun oyun modelini “Qarabağ”da tətbiq etmək qərarına gəldi. Və bu günə qədər "Qarabağ"ın oyun fəlsəfəsi dəyişməz olaraq qalır.

Qurban Qurbanov zəhmətkeşliyi, öz üzərində çalışması və yeniliklərə hər zaman açıq olması ilə seçilir. İnanıram ki, istənilən uğurlu məşqçi üçün dünya futbolunda baş verən prosesləri daim izləmək vacibdir. Qurban Qurbanov da belə məşqçilərdən biridir.

Zəhməti sayəsində Qurban Qurbanov cəmiyyətimizdə böyük hörmət qazandı. Onu haqda ümumi rəy müsbətdir. Onun əməyi dövlət başçısı tərəfindən də təqdir olundu”.

Öz zəhmətkeşliyi və öz üzərində daimi çalışması sayəsində Qurban Qurbanov həmişə Azərbaycan futbolunun ön cəbhələrində olub. Uzun illər Avropa futbol klublarında  Azərbaycan futbolunun şərəfini qoruyan Ağdamın "Qarabağ" klubunun uğurları məhz hələ də gənc mütəxəssisin əməyinin nəticəsidir.

1news.az redaksiyası Qurban Qurbanovu ad günü münasibətilə təbrik edir və ona bu çətin işində uğurlar arzulayır!

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
4340

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər