1news.az

Ramazanın on altıncı günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

21 May saat 14:55 ~ 1 dəqiqəlik oxu 624
Ramazanın on altıncı günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının on altıncı günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:35-də, iftar isə saat 20:11-dədir.

Ramazan ayının on altıncı gününün duası:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin.

Tərcüməsi:

İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et, Öz rəhmətinlə mənə bu ayın xatirinə axirətdə qərar evində sığınacaq ver, Allahlığın xatirinə, ey aləmlərin Rəbbi!”

Allah orucunuzu qəbul etsin!

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net