Rusiyadan Ermənistana növbəti silah tədarükü, Azərbaycan XİN etiraz etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Rusiyadan Ermənistana növbəti silah tədarükü, Azərbaycan XİN etiraz etməlidir

16:10 - 11 / 08 / 2020
Rusiyadan Ermənistana növbəti silah tədarükü, Azərbaycan XİN etiraz etməlidir

Xəbər verdiyimiz kimi, Tovuzda döyüşlər gedərkən Rusiya hərbi nəqliyyat aviasiyası Ermənistana müasir silahlar çatdırırdı.

Ümumilikdə, o dövrdə mövcud məlumatlara görə, ümumilikdə yeddi reys həyata keçirilib: 2 uçuş 17 iyulda - döyüşlərin qızğın vaxtında, digər uçuşlar isə 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində.

Etibarlı mənbələrdən 1news.az-a daxil olan məlumata görə, 6 avqust tarixində Rusiya aviasiyasının daha bir oxşar uçuşu həyata keçirilib.

Göründüyü kimi, əvvəlki 7 dəfədə olduğu kimi, Rusiya yük təyyarəsi təkrar uçuş etməli oldu, çünki Gürcüstan yenidən prinsipiallıq nümayiş etdirərək öz ərazisi üzərindən uçuşa icazə vermədi.

Bundan əvvəl Rusiyanın Il-76 təyyarələri yan keçməklə Rostov - Minvodı – Aktau - Türkmənbaşı - Novşehr - Rəşt - Meğri - İrəvan marşrutu ilə uçmuşdu. Bu marşrutun uzunluğu 2000 km-dən çox, səyahət müddəti isə 3 saat 30 dəqiqədir. Birbaşa Gürcüstan ərazisindən keçməklə marşrutun uzunluğu cəmi 500 kilometr, səyahət müddəti isə 1 saat təşkil edir. Lakin Rusiya təyyarələrinin keçməsinə icazə verməyən rəsmi Tiflis prinsipial və ləyaqətli davrandı.

Xatırladaq ki, bundan əvvəl Serbiyadan Ermənistana silah tədarük olunduğu məlum olmuşdu. Bununla əlaqədar olaraq Azərbaycan tərəfi bu ölkənin səfirinə sərt etirazını bildirdi. Daha sonra Serbiya ən yüksək səviyyədə bu silahın Tovuzda istifadəsinə təəssüfləndiyini bəyan etdi.

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək yaxın vaxtlarda bu vəziyyətin araşdırılması üçün yüksək səviyyəli Serbiya nümayəndə heyətinin Azərbaycana göndəriləcəyinə söz verdi.

Görünən odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya tərəfinə etirazını bildirməsinin və bu “ixrac” əməliyyatının detallarının araşdırılmasını tələb etməsinin vaxtı çoxdan çatıb.

1news.az

Paylaş:
871

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər