Spiker: Beynəlxalq ictimaiyyətin susqunluğu və cəza tədbirləri görməməsi Ermənistanın işğalı 30 il davam etdirməsinə gətirib çıxarıb | 1news.az | Xəbərlər
Siyasət

Spiker: Beynəlxalq ictimaiyyətin susqunluğu və cəza tədbirləri görməməsi Ermənistanın işğalı 30 il davam etdirməsinə gətirib çıxarıb

22:45 - 24 / 11 / 2020
Spiker: Beynəlxalq ictimaiyyətin susqunluğu və cəza tədbirləri görməməsi Ermənistanın işğalı 30 il davam etdirməsinə gətirib çıxarıb

Beynəlxalq ictimaiyyətin susqunluğu və cəza tədbirləri görməməsi Ermənistanın işğalı 30 il davam etdirməsinə gətirib çıxarıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə noyabrın 24-də keçirilən “Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi” adlı beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və AŞPA prezidenti Rik Daemsin də iştirakı ilə keçirilən konfransda Milli Məclisin sədri müzakirə edilən mövzunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətindən və aktuallığından söz açıb. Sahibə Qafarova AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə sədrlik etdiyi 2016-2018-ci illərdə də miqrant uşaqların problemlərini diqqət mərkəzində saxladığını, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına çalışdığını xatırladıb.

Spiker sözügedən problemin ciddiliyini nümayiş etdirən bəzi rəqəmləri təbdir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 2018-ci ilin sonu etibarilə qlobal miqyasda 31 milyon uşaq öz doğma yurd-yuvalarından didərgin düşüb. O deyib: “Təkcə 2014-2018-ci illər arasında 1600 miqrant uşaq həyatını itirmişdir ki, bu da hər gün bir uşaq deməkdir. Əminəm ki, reallıqda bu rəqəmlər daha qorxuncdur, çünki bir çox miqrant uşağın ölümü qeydə alınmayıb”.

BMT-nin 2020-ci ilin may ayında açıqladığı hesabata diqqəti çəkən Milli Məclisin sədri bildirib ki, təkcə 2019-cu ildə 19 milyon uşaq münaqişələr və zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu isə o deməkdir ki, hazırda dünyadakı miqrantların 12 faizi uşaqlardır, başqa sözlə, hər 8 miqrantdan biri uşaqdır. Bu rəqəmlər qorxuncdur, həyəcan təbili çalır. Son dövrlər COVID-19 pandemiyasının geniş vüsət alması isə vəziyyəti daha da qorxunc edib.

Spiker Sahibə Qafarova AŞPA və digər beynəlxalq təşkilatların miqrant uşaqlarla bağlı problemə daha çox diqqət ayırmasından məmnun olduğunu ifadə etsə də, vəziyyətin yaxşıya doğru dəyişməməsindən təəssüfləndiyini bildirib. 2017-ci ilin oktyabrında “Avropada itkin düşmüş qaçqınlar və miqrant uşaqlar” adlı qətnamə layihəsinə imza atan 22 AŞPA üzvündən birinin özü olduğunu xatırladan spiker bu sahədə görülən işlərin az səmərəli olmasının səbəbini “nəticə ilə mübarizə”də gördüyünü diqqətə çatdırıb. Bildirib ki, səbəblər isə müharibələr, hərbi münaqişələr, iqlimlə bağlı çağırışlar, yoxsulluq və digər qlobal problemlərdir. Bunlara qarşı isə səmərəli mübarizə aparılmır.

Milli Məclisin sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünə sahib olan, uzun illər bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşib və bu, ölkənin hər 8 vətəndaşından 1-nin qaçqın və məcburi köçkün olması deməkdir. Beynəlxalq ictimaiyyətin susqunluğu və Ermənistanın cəzasız qalması 30 il boyunca – Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində öz ərazilərimizi işğaldan azad edənədək, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi ilə nəticələndi.

Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq təşkilatların susqunluğu və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrant probleminin daha mürəkkəb hal almasına səbəb olduğunu vurğulayıb.

S.Xankişiyeva

 

 

Sahibə Qafarova Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə və bütövlükdə, Aralıq dənizi regionundakı qeyri-sabitliyin də, bunun Türkiyə üçün yaratdığı çətinliklərin də beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsizliyinin nəticəsi olduğunu qeyd edib. Hazırda Türkiyənin təkcə Suriyadan 3,6 milyon qaçqına ev sahibliyi etdiyini xatırladan spiker buna görə qardaş ölkənin ən böyük təşəkkürə layiq olduğunu, lakin beynəlxalq ictimaiyyətin oturub düşünməli olduğunu vurğulayıb.

 

Sonda Milli Məclisin sədri belə vacib konfransın keçirilməsinə verdiyi dəstəyə, həmçinin ona bu tədbirdə fəxri qonaq kimi iştirak etmək üçün göndərilən dəvətə görə Türkiyə Böyük Millət Məclisinə və şəxsən Mustafa Şentopa, AŞPA-nın prezidenti Rik Daemsə və AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə təşəkkürünü ifadə edib.

Paylaş:
589

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər