1news.az

“Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq” – Prezidentin köməkçisi

3 İyul saat 18:34 ~ 1 dəqiqəlik oxu 4950
“Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq” – Prezidentin köməkçisi

Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, hazırda isə metroda sərnişindaşıma 170 min ətrafındadır.

1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, şəhərə heç bir vacib səbəb olmadan gələnlərin qarşısının alınacağı təqdirdə çətinlik olmayacaq: "Metro bağlandığına görə, ekspres marşrut xətləri də bərpa olundu, sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq.

Digər tərəfdən də mütəmadi monitorinq aparılacaq, avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək. Bu məsələdə insanlar da həsas olmalıdır, sıxlıqdan yayınmaq üçün növbəti avtobusları gözləməlidir".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net