1news.az

SMS icazə sistemində limit qoyulub - RƏSMİ

29 İyun saat 14:07 ~ 1 dəqiqəlik oxu 3710
SMS icazə sistemində limit qoyulub - RƏSMİ

Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.

Bunu Trend-ə açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.

Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net