1news.az

Spiker: Prezident İlham Əliyev yeni bir humanist addım atdı

9 Aprel saat 11:15 ~ 1 dəqiqəlik oxu 306
Spiker: Prezident İlham Əliyev yeni bir humanist addım atdı

Prezident İlham Əliyev yeni bir humanist addım atdı, 65 yaşdan yuxarı 176 məhkumu əfv etdi.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarovanın sözlərinə görə, bu əfv sərəncamı göstərdi ki, dövlət siyasətinin mahiyyətində insan amili dayanmaqla yanaşı, statusundan asılı olmayaraq hər bir insanın həyatı dövlətimiz üçün vacibdir.

Spiker bildirib ki, koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir.

İclasda, həmçinin koronavirusla mübarizədə fəal iştirak edən insanlar, o cümlədən həkimlər, polis əməkdaşları, hərbçilər və digər şəxslər deputatlar tərəfindən ayaq üstə alqışlanıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net