Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb

10:54 - 04 / 06 / 2020
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb

Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb. 

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

Sözügedən liseylərdə təhsil dövlət hesabına həyata keçiriləcək. Şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün liseylər zəruri maddi-texniki baza ilə təchiz olunacaq, xüsusi tədris planları tərtib ediləcək. Liseylərdə şagirdlər dövlət hesabına gündə üç dəfə isti yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Qeyd edək ki, liseylərə qəbul imtahanlarının 2020-ci il avqustun ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanında suallara Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlarla yanaşı, eyni zamanda şagirdlərin qeyri-standart düşünmə bacarıqlarının yoxlanılması məqsədilə məntiqi tapşırıqlar daxil ediləcək. IX siniflərə qəbul üçün əlavə olaraq şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri yoxlanılacaq.

2020-2021-ci tədris ilindən etibarən hər tədris ili üçün liseylərə şagird qəbulu müsabiqə əsasında həmin rayon (şəhər) və ətraf rayonların (şəhərlərin) ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər sırasından VI, VII, VIII və IX siniflərə aparılacaq. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər VII, VIII və IX siniflərə müsabiqədənkənar qəbul ediləcəklər.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində Gəncə, Şirvan, Şəki şəhərləri və Quba rayonunda nazirliyin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil olunmuşdu. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.

Qafar Ağayev

Paylaş:
478

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər