İntihar edən iki uşaq anasının məktubu ürək dağladı: “Haqqımı halal etmirəm” – FOTO | 1news.az | Xəbərlər
Dünya

İntihar edən iki uşaq anasının məktubu ürək dağladı: “Haqqımı halal etmirəm” – FOTO

11:29 - 05 / 02 / 2020
İntihar edən iki uşaq anasının məktubu ürək dağladı: “Haqqımı halal etmirəm” – FOTO

Əri, qayınanası və anası tərəfindən zülm görən gənc qadın meyitinin ailəsinə verilməməsini və kimsəsizlər qəbiristanlığında dəfn olunmasını vəsiyyət edərək özünü öldürüb.

“SonDakika”nın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda baş verib.

Bildirilir ki, Çorum şəhərindən Bursaya gəlin gələn 42 yaşlı iki uşaq anası Gülər K. yataq otağında özünə qəsd edib. Onu əri tapıb və dərhal polisə xəbər verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb olunub.

Evdə təhqiqat aparan Yıldırım Rayon Polis İdarəsinin əməkdaşları qadının yazdığı məktubu tapıblar. Məktubda qadın əri, qayınanası və anasının zülmlərdən bezdiyi üçün həyatına son qoyduğunu yazıb.

“Əgər iflic olsam, ya ölsəm, dəfnimə ərim, qayınanam, anam – heç kim gəlməsin. Mənim heç kəsim yoxdur, kimsəsizlər məzarlığında basdırılmaq istəyirəm. Ərimə, qayınanama və anama haqqımı halal etmirəm. Sadəcə, uşaqlarım məzarımın yerini bilsinlər. Cənazəmi əsla ərimə və ailəmə verməyin”, - deyə gənc ana son məktubunda qeyd edib.

Qadının meyiti ekspertizaya yollanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə hadisə ilə bağlı istintaqa başlayıblar.

1news.az

Paylaş:
3002

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər