Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib

16:15 - 05 / 11 / 2019
Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib

Bu günlərdə “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb.

Cənab Eldar Qəribov Bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə,  onu bir az da  artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib.

Həmin əqd  Bankın törəməsi olan “Unicapital” İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətinin vasitəçiliyi ilə bağlanıb və həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət olmaqla,  Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni  təşkil edib.   

“Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov AYİB-in “Unibank”ın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olduğunu vurğulayıb. O, AYİB-in uzun illər “Unibank”ın səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi Banka öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirdiyini xüsusilə qeyd edib. Belə ki, ölkə iqtisadiyyatında dəyişikliklərin olduğu 2015-2017-ci illərdə “Unibank”ın  iri səhmdarı olaraq, Bankın kapitalının artırılmasında yaxından iştirak edib və dəstəyini göstərib. AYİB-in də yaxından dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçərək, yenidən ölkə bank sektorunun aparıcılarından birinə çevrilib. Müşahidə Şurasının sədri buna görə bütün səhmdarlar adından “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürünü ifadə edib. AYİB-in bundan sonra da Bankın səhmdarları sırasında qamasından məmnun olduğunu bildirib.  

AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə isə “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisya etdiyi, səhmdarı olduğu Azərbaycan banklarından olduğunu xatırladan xanım Duarte  vurğulayıb ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapitalının gücləndirilməsində iştirak etməklə dəstək göstərib və birlikdə uzun və səmərəli bir yol keçilib. Xanım İvana Duarte bu müddət ərzində “Unibank”ın digər səhmdarları ilə birgə Azərbaycan iqtisadiyyatına dəstək verməkdən, xüsusən də qeyri-neft sektorunun inkişafında yaxından iştirakdan çox məmnun olduqlarını bildirib, bundan sonra da “Unibank”la birgə bu faydalı əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

Unibank – hər kəsin bankı!

Reklam hüququnda

 

Paylaş:
478

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər