Unikal əməliyyat: xəstəyə ölmüş insanın ürəyi köçürülüb | 1news.az | Xəbərlər
Dünya

Unikal əməliyyat: xəstəyə ölmüş insanın ürəyi köçürülüb

15:56 - 13 / 12 / 2019
Unikal əməliyyat: xəstəyə ölmüş insanın ürəyi köçürülüb

Avstriyalı həkimlər Vyana şəhər klinik xəstəxanasında ölü ürəyin sağ pasiyentə köçürülməsi üzrə uğurlu əməliyyat keçiriblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ORF teleradio kompaniyasının yaydığı məlumata görə, mümkünsüz görünən əməliyyat doqquz saat davam edib. Kardioloqlar 61 yaşlı pasiyentə ölmüş insanın ürəyini köçürə biliblər. Fəaliyyəti tam dayanmış orqanın transplantasiyası "Donation after Circulatory Death" metodu sayəsində mümkün olub. Ondan adətən ağciyər, qaraciyər və böyrək köçürülməsi zamanı istifadə edilir. Qan dövriyyəsinin pozulması səbəbindən bu üsulun ölü ürəkdə istifadəsi mümkünsüz sayılırdı.

Həmin metod üzrə ilk uğurlu əməliyyat 2014-cü ildə Sidney şəhərində qeydə alınıb. Köçürülmə ölü ürəyi döyünməyə məcbur edən "Organ Care Systems" qurğusu vasitəsilə aparılıb.

Vyana Tibb Universitetinin məlumatına əsasən, hazırda pasiyent özünü yaxşı hiss edir. Əldə olunan nəticə gələcəkdə ürək transplantasiyalarının sayının artmasına, pasiyentlərin gözləmə müddətinin azalmasına və ölüm hallarının aşağı düşməsinə səbəb ola bilər.

1news.az

Paylaş:
653

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər