Wolt və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Wolt və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirdilər

17:33 - 09 / 07 / 2020
Wolt və VISA #SupportYourLocalRestaurants layihəsi çərçivəsində əməkdaşlıqlarını genişləndirdilər

Sözügedən kampaniya çərçivəsində yerli restoranlara sərt karantin rejimi müddətində maddi yardım göstərilmişdir.

Yemək çatdırılması xidmətinin köməyi ilə yerli restoranları dəstəkləmək üçün 21 iyun tarixində Wolt və VISA 2 həftəlik #SupportYourLocalRestaurants (#YerliRestoranlarıDəstəklə) kampaniyasına start verdilər.

Heç kim üçün sirr deyil ki, sərt karantin rejimi restoran biznesinə çox böyük ziyan vurmuşdur. Wolt və VISA-nın birgə kampaniyası bu çətin zamanlarda çatdırılma ilə işləyən yerli restoranlara maddi kömək göstərmək üçün yaradılmışdır. Bu əməkdaşlıq çərçivəsində  Wolt tətbiqində olan bütün yerli restoranlar çatdırılma sifarişlərindən əldə olunan qazanca əlavə olaraq müştərilər tərəfindən VISA kartları ilə ödənilən bütün sifarişlərin 20% dəyərini bonus şəklində almışlar. 

Qeyd edək ki, bu, iki şirkətin ilk birgə aksiyası deyil. Artıq 3 aydır ki, VISA kart sahibləri Wolt-da hər bir sifarişdən sonra çatdırılma haqqını geri alırlar və növbəti sifarişlər zamanı bu məbləği bonus şəklində istifadə edə bilirlər. Bu kampaniya 1 oktyabr tarixinədək davam edəcək.

Wolt şirkətinin Azərbaycanda Baş meneceri Fuad Babayev qeyd etdi ki: «Biz hazırkı izolyasiya rejimində restoran biznesinin aparılmasının nə qədər çətin olduğunu çox gözəl anlayırıq. Qlobal pandemiya elan olunan zamandan biz #SupportYourLocalRestaurants sosial kampaniyasına başlamışıq və bununla da həm çatdırılma xidmətimizin, həm də fərqli marketinq kanallarının sayəsində partnyorlarımıza dəstək olmaq üçün əlimizdən gələni edirik. Bu təşəbbüsü davam etdirərək, biz VISA şirkəti ilə birgə yerli restoranlara yardım etmək qərarını verdik. Həmçinin, oxucularımıza Wolt platformasına mart ayının ortalarında əlavə olunmuş “Təmassız çatdırılma” xidmətini xatırlatmaq istərdim. Bu yenilik sifariş zamanı birbaşa fiziki təmasın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur ki, cəmiyyətimizdə virusun yayılmasına yol verilməsin".

Xatırladaq ki, Wolt şirkəti karantin müddətində çatdırılma ərazisini genişləndirib və artıq Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu və Əhmədli metro stansiyalarının ətrafındakı ərazilərdə yaşayan sakinlər də çatdırılma xidmətindən yararlana bilərlər.

Reklam hüququnda

Paylaş:
654

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər