Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfirini qəbul etdi | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfirini qəbul etdi

17:25 - 13 / 08 / 2020
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı  səfirini qəbul etdi

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradzeni qəbul etdi.

1news.az xəbər verir ki, Nazir Ceyhun Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırdı. Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd etdi.

Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması məmnunluqla qeyd olundu.

Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi apardılar.

Səfir Zurab Pataradze Xarici İşlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklərini ifadə etdi, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı.

Səfir, öz növbəsində iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd etdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıldı.

Qafar Ağayev

Paylaş:
666

Son xəbərlər

6 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38
Bütün xəbərlər