XİN: Rusiya Ermənistanla Azərbaycan arasında bundan sonrakı eskalasiyanın qarşısını almaq üçün bütün lazımı tədbirləri görüb | 1news.az | Xəbərlər
Siyasət

XİN: Rusiya Ermənistanla Azərbaycan arasında bundan sonrakı eskalasiyanın qarşısını almaq üçün bütün lazımı tədbirləri görüb

17:49 - 30 / 07 / 2020
XİN: Rusiya Ermənistanla Azərbaycan arasında bundan sonrakı eskalasiyanın qarşısını almaq üçün bütün lazımı tədbirləri görüb

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi narahatlıq doğurur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.

O,Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinin vacibliyini vurğulayıb.

“Rusiya bizə dost ölkələr olan Ermənistan və Azərbaycan sərhədində bir müddət əvvəl baş verən gərginliyi böyük həyəcanla qarşılayıb. Əminik ki, çoxillik Dağlıq Qarabağ münaqişəsini də, beynəlxalq arenada olan digər fikir ayrılıqları kimi istisnasız olaraq dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır. Bizim bu mövqeyimizi dəyişməz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ və Fransa, eləcə də BMT, MDB və digər beynəlxalq təşkilatlar bölüşür.

Rusiya rəhbərliyi münaqişənin bundan sonrakı eskalasiyasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb.

Türkiyə tərəfi ilə iyulun 23-də XİN başçıları, 27-də dövlət başçıları səviyyəsində Cənubi Qafqazdakı, xüsusən Dağlıq Qarabağ nizamlanmasındakı mövcud vəziyyət əsaslı şəkildə müzakirə olunub”, - deyə o vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
811

Son xəbərlər

Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38
Bütün xəbərlər