Yaşayış yerini icazəsiz tərk edən daha 26 koronavirus xəstəsi saxlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini icazəsiz tərk edən daha 26 koronavirus xəstəsi saxlandı

10:02 - 02 / 12 / 2020
Yaşayış yerini icazəsiz tərk edən daha 26 koronavirus xəstəsi saxlandı

Daxili işlər orqanları əməkdaşları ölkədə koronavirus xəstələrinin yaşayış yerini tərk etməsinin qarşısını almaq məqsədilə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, dekabrın 1-də ölkə ərazisində keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən daha 26 aktiv koronavirus xəstəsi akarlanıb. Həmin şəxslərdən 24 nəfər evə, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, gün ərzində yaşayış yerini tərk etdiyi üçün saxlanılan aktiv koronavirus xəstələrinin 6-sı Bakı şəhərində, 6-sı Bərdə rayonunda, 4 nəfər isə Qazax rayonunda aşkar edilib. Digər aktiv xəstələr isə ölkənin müxtəlif rayonlarında aşkarlanaraq saxlanılıb.

Qafar Ağayev 

Paylaş:
438

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər