Türkiyə İncirlik aviabazasını Rusiyaya aça bilər - VIDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyə İncirlik aviabazasını Rusiyaya aça bilər - VIDEO

11:20 - 04 / 07 / 2016
Türkiyə İncirlik aviabazasını Rusiyaya aça bilər - VIDEO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gözlənilməz açıqlama verib.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Çavuşoğlu İŞİD-in hamının düşməni olduğunu bildirib:“Rusiya ilə İncirlik aviabazası ilə bağlı niyə əməkdaşlıq etməyək ki?”

Bundan əlavə diplomat Türkiyə və Rusiya prezidentlərinin iyulun sonu və ya avqust ayının əvvəlində görüşəcəyini bildirib.

“Çox güman ki iyulun sonu və ya avqustun əvvəli dövlət başçılarının görüşü olacaq. Bu görüşün hazırlıqlarını biz həmkarlarımızla birgə həyata keçirəcəyik. İqtisadi sahə ilə bağlı addımlar atılacaq, qərarlar veriləcək. Enerji sahəsi ilə bağlı olaraq iki ölkənin nazirlərinin görüşü gözlənilir”, - deyə, Çavuşoğlu əlavə edib.

Türkiyə XİN-nin rəhbəri rusiyalı həmkarı Sergey Lavrovu Antalyaya dəvət etdiyini də bildirib.

“Biz İŞİD-ə qarşı hər kəslə əməkdaşlıq edərik. Başından bəri mübarizə aparırıq və bildiyiniz kimi bu mübarizəyə fəal şəkildə qatılmaq istəyənlər üçün İncirlik aviabazasının qapıları açıqdır. Rusiya ilə bu cür əməkdaşlıq niyə etməyək ki? Çünki bu terror qruplaşması hamımızın düşmənidir və ona qarşı mübarizə aparmalıyıq”, - deyə, diplomat qeyd edib.

1news.az

Paylaş:
1129

Son xəbərlər

Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10Sentyabrda hava iqlim normasından 2 dərəcə yüksək olub04 / 10 / 2024, 16:47Qaradağda yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə edilib04 / 10 / 2024, 16:42Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək04 / 10 / 2024, 16:26ADY rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib04 / 10 / 2024, 15:51ASCO “Art Plast” layihəsini təqdim edib - FOTO04 / 10 / 2024, 15:43Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb04 / 10 / 2024, 15:34
Bütün xəbərlər