ru

Siyasət

22 Sentyabr saat 13:35

Aleksandr Karavayev: Yerevan bütün məsuliyyəti Moskvanın çiyinlərinə atır

Aleksandr Karavayev: Yerevan bütün məsuliyyəti Moskvanın çiyinlərinə atır

Azərbaycan və Ermənistan, prinsipcə, liderlərinin siyasi göstərişlərini gözləyərək hərbi əməliyyatların başlanmasına hazır olmalıdırlar.

Bunu rusiyalı politoloq, “Şimal-Cənub” politologiya mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev 1news.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, vəziyyət hələ yayın ortalarından gərginləşib, qeyri-sabitdir:

“Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə yeni diplomatik dialoq qurmaq baxımından bütün körpüləri dağıtdı və bəyan etdi ki, “Qarabağ – Ermənistandır və nöqtə”. Bu, Azərbaycan üçün münaqişənin həll edilməsinin qəbuledilməz variantıdır. Həmçinin Bakıda müvafiq reaksiyaya səbəb oldu və Azərbaycan Prezidenti İlham Əliyev son illərin Nikol Paşinyanla apardığı danışıqların kartlarını açıqlamaq məcburiyyətində qaldı”.

Politoloq qeyd edib ki, siyasi qarşıdurma dərəcəsi çox yüksəkdir, eyni zamanda yeni bir eskalasiya gözləntiləri zamanla uzadıla bilər:

“Bu, eskalasiyanın yaxın günlərdə başlayacağı anlamına gəlmir. Ola bilər ki, informasiya kampaniyası səngiyəcək, yoxa çıxacaq və hadisələr baş verdikdə tərəflər yenidən “soyuq müharibə” variantına qayıdacaqlar. Bu gün tərəzinin qolları həm döyüş əməliyyatlarının başlanğıcına, həm də ənənəvi “soyuq müharibə”yə doğru əyilə bilər”.

Ekspertin fikrincə, erməni tərəfi hədəflərinə “çatdığına” inanır:

“Onların mövqeyi budur ki, əlindəki arıquşu, göydəki durnadan yaxşıdır. “Durna” onlar üçün Dağlıq Qarabağın nə qısamüddətli, nə də uzunmüddətli perspektivdə mümkün olmayan siyasi tanınmasıdır. Buna görə də, Bakıda necə baxmalarından asılı olmayaraq, onlar işğal etdikləri ərazilərdəki fəaliyyətlərini inkişaf etdirirlər, çünki oradan ən sərt reaksiya ala bilərlər.

ATƏT-in Minsk qrupundan hər hansı bir reaksiya gözləmirlər, çünki qrupu yalnız hərbi əməliyyatların özü maraqlandırır. Yəni, ermənilər hesab edirlər ki, nizamlanmada torpaqların Azərbaycana qaytarılması, Azərbaycanın maraqları nəzərə alınmaqla Dağlıq Qarabağın statusunun beynəlxalq standartlara gətirilməsi nəzərdə tutulursa, münaqişənin bitməsini niyə gözləyək?”.

A.Karavayevin fikrincə, digər tərəfdən hərbi əməliyyatların başlanma riski itməyib:

“Bu, belə çıxır ki, xarici oyunçuların problemidir – Rusiya və Türkiyənin. Axı müharibə başlayarsa, bölgədəki iki əsas oyunçu – Ermənistanın və qismən Azərbaycanın qarantı olan Rusiya və Azərbaycanın təhlükəsizliyinin qarantı olan Türkiyə müəyyən addımlar atmaq məcburiyyətində qalacaq.

Yerevan müharibə olduğu təqdirdə Rusiyanın onları dəstəkləməsini və onları qorumağını düşünərək hərbi əməliyyatlar üçün məsuliyyəti Moskvanın çiyinlərinə atır”.

Politoloq onu da qeyd etdi ki, Bakı Ermənistan tərəfdən gərginliyin artmasına cavab olaraq əvvəllər olduğu kimi, hücum əməliyyatlarını inkişaf etdirə bilər:

“Bu halda Azərbaycan hər kəsi qoyulmuş hədəflərə nail olmaq niyyətində olduğunu faktı qarşısında qoyacaq”.

Tərcümə: S.Xankişiyeva

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur