“Arqumentı nedeli” nəşri: Xocalı sağalmaz yaradır | 1news.az | Xəbərlər
Dünya

“Arqumentı nedeli” nəşri: Xocalı sağalmaz yaradır

17:15 - 26 / 02 / 2020
“Arqumentı nedeli” nəşri: Xocalı sağalmaz yaradır

Rusiyanın "Arqumentı nedeli" qəzetində "Xocalı sağalmaz yaradır" sərlövhəli məqalə dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, müxbir Sergey Nikitinin məqaləsində Xocalı soyqırımı həqiqətlərindən danışılır. Müəllif yazır ki, ötən əsrin 90-cı illərində Xocalı ermənilərin arxa cəbhəsində qalıb. Az qala yarım il şəhər mühasirədə olub. Ermənilər hesab edirdilər ki, blokadada olan Xocalı Stepanakerti hədələməyə davam edir. Onlar arxa cəbhədə belə bir yaşayış məntəqəsinin olmasına göz yuma bilməzdilər. Lakin sonra baş verənləri hətta hərbi zərurət də doğrulda bilməz.

Məqalədə deyilir ki, fevralın 26-na keçən gecə şəhərə hücum başlanıb. Vahimə içində olan insanlar özlərini buzlu suya atır, qışın oğlan çağında əl-ayağı yalın vəziyyətdə qarla örtülmüş yollarla dağlara üz tuturdular. Onların çoxu dağlarda dolaşaraq yaralardan, soyuqdan donub ölür.

Müəllif telereportyor Yuri Romanovun, helikopterin pilotu, mayor Leonid Kravetsin, Britaniyanın "The Independent" qəzetinin jurnalisti Helen Uomakın xatirələrindən sitatlar gətirir.

Məqalənin sonunda S.Nikitin vurğulayır ki, Xocalı faciəsinin qurbanları unudulmayıb. Bakı, Lənkəran, Haaqa, Berlin, Sarayevo, Ankara və Mexikoda Xocalı soyqırımına həsr olunmuş abidələr ucaldılıb. Azərbaycan hər il izdihamlı mitinqlərdə həlak olanların xatirəsini anır. "Lakin yaddaş bizə təkcə unutmamaq üçün deyil, həm də belə faciələrin bir daha təkrarlanmaması üçün lazımdır", - deyə müəllif fikrini yekunlaşdırıb.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər