Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

09:30 - 10 / 08 / 2020
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
maşın və avadanlıqların istehsalı;
elektrik avadanlıqlarının istehsalı;
kompüter, elektron və optik məhsulların istehsalı;
avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
sair nəqliyyat vasitələrinin istehsalı;
poliqrafiya məhsullarının istehsalı;
zərgərlik məmulatlarının istehsalı;
musiqi alətləri, idman mallarının istehsalı;
geyim istehsalı;
toxuculuq sənayesi;
ayaqqabıların istehsalı;
dəri və dəri məmulatlarının istehsalı;
tütün məmulatlarının istehsalı;
sair sənaye məhsullarının istehsalı.
Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
Mühəndislik və layihələndirmə xidmətləri;
Qablaşdırma məhsullarının istehsalı;
Daş, metal və taxta məhsullarının istehsalı;
Mebel istehsalı və təmiri;
Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
Onlayn satışlar;
Kimyəvi təmizləmə;
Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
Avtomobillərin təmiri;
Avtomobil yuyulma məntəqələri;
Heyvan sığınacaqları;
Tərcümə xidmətləri.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

1news.az

Paylaş:
857

Son xəbərlər

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19
Bütün xəbərlər