ru

Rusiya

5 Aprel saat 16:21

Bu qızlar bir çıxışa görə 1,1 milyon qazanırlar

Bu qızlar bir çıxışa görə 1,1 milyon qazanırlar

“Comedy Woman” şousunun simaları hüquq, iqtisadiyyat və maliyyə sahəsində təhsil alıb və hazırda ən çox qazananlar siyahısındadırlar.

1news.az Axşam.az-a istinadən bildirir ki, KVN sayəsində məşhurlaşan Yekaterinə Varnava hazırda teleşou aparır, reklam çarxlarında rol alır. O, İnstaqram-da yayımladığı bir reklam üçün 560 min rubl (14 min manat) tələb edir.

Varnavanın tərəf müqabili, “Comedy Woman”ın digər üzvü Mariya Kravçenko da qazandığı məbləğlə ondan geri qalmır.

Hər iki qadının qarderobu isə “Prada”, “Louis Vuitton”, “Jimmy choo” geyimləri, çantaları və ayaqqabıları ilə zəngindir.

Komandanın digər üzvləri də İnstaqramda bir paylaşıma 85 min rubl, video yayımlamağa isə 120 min rubl alırlar.

“Comedy Woman”-ın birlikdə çıxışı isə 15 min avro, yəni 1,1 milyon rubldır.

1news.az

BÖLMƏDƏ YENİ

ƏN ÇOX OXUNANLAR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur