ru

İqtisadiyyat

19 May saat 14:40

Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası – FOTO

Eksklüziv vebinar: Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpası – FOTO

Ölkədə elan olunmuş xüsusi karantin rejimi davam edir. Bu vəziyyətdə yaranmış boş vaxtdan səmərəli istifadə etməliyik.

Hazırda dünyanın aparıcı universitetləri vebinarlar, kurslar təşkil edir. Belə bir vebinar may ayın 21-i aparıcı Qonaqpərvərlik universitetlərindən sayılan Les Roches Universitetinin mütəxəssisləri tərəfindən xüsusi olaraq Azərbaycanda turizm və qonaqpərvərlik sahəsinin mütəxəssisləri və bu sahədə karyera qurmaq istəyən tələbələr üçün təşkil olunacaq.

TOP-reytinqli və nüfuzlu universitetlərdən olan Les Roches Global Hospitality Management Məktəbinin ekspertləri COVİD-19-dan sonrakı dövrdə böhrandan çıxış yollarını müzakirə edəcəklər.

Vebinarda aşağıdakı məsələlərə toxunulacaq:

- Turizmin indiki vəziyyəti və gələcək perspektivləri

- Gəlirlərin idarə olunması

- Risklər və böhrandan çıxış

- Pandemiya dövrü və ondan sonra Dövlət Turizm Agentliyinin turizm təhsili və təlim strategiyası

Vebinarın qonaqları:

Alvaro Hidalgo – FIRST LOGİC Consulting şirkətinin idarə heyətinin üzvü. Cənab Hidalgonun şirkəti Qonaqpərvərlik sahəsində fəaliyyət göstərən şirkətlərə strateji və maliyyə məsləhətləri verir. Bundan əlavə cənab Hidalgo Les Roches Universitetinin fəxri professorudur.

Susana Garrido – Ümumi təhsil, rəqəmsallıq, təlim və heyətin inkişafına cavabdeh olan proqram meneceridir. Xanım Garrido Marketinq sahəsində müxtəlif kurslar tədris edir. 2012-ci ildən Les Roches Universitetinin Marbella kampusunda dərs deyən xanım Garrido həm ABŞ, həm də İspaniyada Qonaqpərvərlik sahəsində karyerasını inkişaf etdirib. Les Roches-a qoşulmazdan əvvəl Susana Garrido İspaniyanın cənubunda yerləşən 5 ulduzlu Golf Resort Property otelində Otel Meneceri və Spa Meneceri vəzifələrində çalışıb.

Julia Tokareva – İsveçrədə yerləşən Sommet Education Şirkətinin Avropa və Mərkəzi Aziya üzrə İcraçı direktorudur.

Hüseyn Həsənov – Qonaqpərvərlik və təhsil mütəxəssisi, müəllim; Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Təhsil və təlim şöbəsinin müdiri.

Vebinar İngilis dilində təşkil olunacaq və iştirak tam ödənişsizdir.

Vebinarda iştirak etmək üçün qeydiyyat mütləqdir. Qeydiyyat üçün linkə keçid alın: https://events.webinar.ru/se/azerbaijan

Hər bir iştirakçı onu maraqlandıran sualları Vebinar təşkilatçılarına qeydiyyat zamanı və yaxud Vebinar zamanı ünvanlaya bilər.

Reklam hüququnda

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur