ru

Siyasət

9 Oktyabr saat 15:44

Gürcüstanın geotimes.ge saytında AZƏRTAC-ın xüsusi müxbirinin yazısı yerləşdirilib

Gürcüstanın geotimes.ge saytında AZƏRTAC-ın xüsusi müxbirinin yazısı yerləşdirilib

Gürcüstanın nüfuzlu geotimes.ge saytında bu ölkədə hər il keçirilən ənənəvi “Tbilisoba” bayramında Azərbaycanın iştirakı ilə bağlı AZƏRTAC-ın xüsusi müxbirinin yazısı yerləşdirilib.

Yazıda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə “Tbilisoba” bayramında “Azərbaycan guşəsi”nin açıldığı qeyd olunur, ölkəmizin milli mədəniyyətinin, mətbəx nümunələrinin ziyarətçilər tərəfindən böyük maraqla qarşılandığı bildirilir.

Eyni zamanda, yazıda Gürcüstan Prezidenti Salome Zurabişvilinin, Baş Nazir Georgi Qaxarianın, parlamentin sədri Arçil Talakvadzenin və Tbilisi şəhərinin meri Kaxa Kaladzenin “Azərbaycan guşəsi”ni ziyarət etmələri, səfir Dursun Həsənovla görüşləri barədə də məlumat verilir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə yayılan yazının tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://m.geotimes.ge/news.php?news_id=69836

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur