LSS MFL 2019/20 Liqasının V və VI turları: “BOS Shelf” liderliyini qorudu, “Lökbatan”dan darmadağın – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının V və VI turları: “BOS Shelf” liderliyini qorudu, “Lökbatan”dan darmadağın – FOTO – VİDEO

16:50 - 08 / 11 / 2019
LSS MFL 2019/20 Liqasının V və VI turları: “BOS Shelf” liderliyini qorudu, “Lökbatan”dan darmadağın – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 5-ci və 6-cı turların oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 5-ci turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Army United” və “BOS Shelf” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 7 qol. TOTA – “Squadra” qarşılaşması isə bu həftə hər iki konferensiyada qapılara qol vurulmayan yeganə oyundur.

5-cü turda Platinum konferensiyasında “Grand” “Luchadores FC”n-in qapısından 11 cavabsız top keçirməklə turun ən böyük hesablı qələbəsinə imza atdı. “Ataman”la “Piramida SAYAD” komandaları isə meydandan sülhlə ayrıldılar – 1:1.

Qeyd etdiyimiz kimi, bu həftə həm də 6-cı turun oyunları baş tutub.

Mövsümün 6-cı turunda İnfinity konferensiyasında “Driffters”i 15:1 hesabı ilə darmadağın edən “FC Lökbatan” komandası həm turun, həm də həftənin ən böyük hesablı qələbəsinə imza atdı. “Leeds Baku” - “Mübariz FK” və “Galaxy FK” – “Xəzər Astara” görüşlərinin taleyini isə bir qol həll etdi.

6-cı turda Platinum konferensiyasında ən az qol “Avengers” – “Keşlə İMSİ” oyununda qeydə alınıb – 0:1. “Muğanbank” isə “Lokomotib Baku”nun qapısından beş cavabsız top keçirməklə zirvədəki yerini qoruyub.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasının 5-ci turu çərçivəsində “Galaxy FK” ilə “Universal” komandaları arasında baş tutub. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər. Bu isə heç də səbəbsiz deyildi.

Belə ki, MFL 2016/2017-ci il mövsümündə baş tutan matçlar 7-3 və 6-3, MFL 2017/2018-ci il mövsümündə isə 3-1 hesabıyla “Universal”ın xeyrinə başa çatmışdı. Cari mövsümdə gücünü xeyli artıran “qalaktika” təmsilçilərinin ötən mövsümlərin revanşını alıb almayacaqları böyük maraq doğururdu.

MFL-in səhifəsində canlı yayımlanan görüş birincilərin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Galaxy FK” komandası rəqibindən əvvəlki məğlubiyyətlərin əvəzini çıxıb.

Bu həftə həm də “Grand” komandanın “Luchadores FC” üzərində 11:0 hesablı qələbəsi ilə əlamətdar oldu. Bu qələbədən sonra “Grand” komandasının kapitanı Toğrul Səfərli “Artıq heç kəs rahat olmasın, “təmirçilər” geri döndü!” deyərək digər komandalara bir növ ismarış göndərib. “Grand”ın rəqiblərinə narahatlıq yaradıb yaratmayacağını isə qarşıdakı turlarda görəcəyik.

5 maraqlı fakt

Bu həftə keçirilən 5-ci və 6-cı turlarla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1. Geridə qalan 5-ci tur Liqanın əsas favoritlərindən olan “Squadra” komandası üçün düşərli olmadı. Belə ki, TOTA ilə qarşılaşma 0:0 hesablı nəticə ilə başa çatdığından “Squadra” mövsümdə ilk xal itkisi ilə üzləşdi.

2. “Squadra”dan fərqli olaraq həftə “Mübariz FK” komandası üçün olduqca uğurlu alındı. İlk dörd oyunda məğlub olaraq mövsümə olduqca pis başlayan komanda həm 5-ci, həm də 6-cı turda qələbə qazanmaqla mövsümün sonuna kimi mübarizə aparacağının siqnalı vermiş oldu.

3. İnfinity konferensiyasının vahid lideri “BOS Shelf” isə “Army United” və “Chelsea Baku” komandalarını məşğlub edərək zirvədə yer almasının təsadüfi olmadığını sübut etdi.

4. Bu həftə ən böyük hesablı qələbə “FC Lökbatan” - “Driffters” görüşündə qeydə alındı. Bu oyunda qapılara nə az, nə çox, düz 16 top vuruldu. Sevinən tərəf isə birincilər oldu – 15:1.

5. Yola saldığımız həftə həm də oyunçularla hakimlər arasında baş verən gərgin anlarla yadda qaldı. Ümid edirik ki, gələn həftələrdə bu cür xoşagəlməz hallar daha az yaşanacaq.

Geridə qalan 6 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasına keçirdiyi bütün oyunlarda qalib gəlmiş “BOS Shelf” komandası başçılıq edir. Onu cəmi bir oyunda xal itirən “Squadra” komandası izləyir. “Kontakt Home” isə 15 xalla üçüncü pillədə qərarlaşıb. Lakin onun bir oyun az keçirdiyini də qeyd etməliyik.

Beləliklə, İnfinity konferensiyasında turnir cədvəlinin ilk 8-liyi aşağıdakı kimidir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 6 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında da tək hakimiyyətlilikdir. Zirvədə keçirdiyi 6 oyunun cəmi birində büdrəyən “Muğanbank” qərarlaşıb. Ondan bir oyun az keçirmiş “Peçat Dönər” ikinci, “Lokomotiv Baku”, “Rəcəbspor” isə üçüncü və dördüncü sıralarda yer alıblar.

Platinum konferensiyasında turnir cədvəlinin ilk 8-liyini təqdim edirik:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
891

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər