Moskvaya səfərlərin yekunu olaraq müşahidələr: Ruslar bizi necə görür? | 1news.az | Xəbərlər
Köşə

Moskvaya səfərlərin yekunu olaraq müşahidələr: Ruslar bizi necə görür?

14:03 - 30 / 07 / 2019
Moskvaya səfərlərin yekunu olaraq müşahidələr: Ruslar bizi necə görür?

Belə alındı ki, son bir ay ərzində iki dəfə Moskvaya səfər etməli oldum.

Açığını deyim ki, bura mənə qeyri-adi təsir bağışlamırdı. Belə ki, daha əvvəlki səfərlərimdə bu şəhərə isti münasibət bəsləməmişəm. Burada hər şey – iqlimi də, mənzərəsi də, hətta insanları da mənə soyuq təsir bağışlayırdı.

Bəlkə də buraya qış və ya payız aylarında, günəşin daha az parladığı mövsümlərdə gəldiyimdən irəli gəlir. Bildiyiniz ki, tutqun hava insanların əhvalına da çox təsir edir.

Lakin bu dəfə hər şey fərqli oldu.

Birinci səfərim sırf işgüzar oldu. Ölkəmizin baş redaktorların nümayəndə heyətinin tərkibində Rusiya mediasının həmkarları ilə görüşmək şərəfinə nail oldum.

İkinci səfərim isə şəxsi oldu (bu haqda bir qədər gec)

Beləliklə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin təşəbbüsü və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dəstəyilə təşkil olunan birinci səfərim olduqda dolğun idi. Gün ərzində 2-3 görüş, görüşlərin davamlılığı və Moskvada nəqliyyatın hərəkət sistemini nəzərə alaraq istirahətə demək olar ki, zaman qalmırdı.

Lakin iş işdir, buna görə də kədərlənməyə dəyməz.

Nümayədə heyətimizi qəbul edənlər arasında “Rusiya” telekanalı, “Komsomolskaya pravda” və “Veçernaya Moskva” qəzetlərinin rəhbələri (baş redaktor və ya müavinləri) bizi qəbul etdi. Həmçinin İTAR-TASS-ın baş redaktoru Maksim Filimonovla “Rossiya seqodnya” media holdinqin rəhbəri Dmitri Kiselovla da görüşdük. Eləcə də Rusiyan Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyovla da görüşmək imkanı oldu.

Xüsusi olaraq qeyd edim ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ilə də görüşdük. Həmin günlərdə iş qrafikinin həddindən artıq yüklü olmasına baxmayaraq (səfərimiz Tbilisdə kütləvi etirazlar və Rustavi-2 kanalının aparıcısının təhqiramiz sözləri olan vaxtlara təsadüf edirdi) o, bizmlə görüşməyə vaxt tapdı.

Əlbəttə ki, bu görüşlərin hər bir detalını ayrı-ayırlıqda bəhs etmək istəridim, lakin hesab edirəm ki, görüşləri bir neçə bənddə qeyd edim. Bu görüşlər haqqında həmkarım – “Yeni zaman” qəzetinin baş redaktoru Şakir Ağayev daha ətraflı danışıb.

Birinci bənd: Rusiya ilə çalışmaq lazımdır!

Məlum olduğu kimi, cəmiyyətimizdə Rusiya münasibət birmənalı deyil.

Bir tərəfdən hər üç ailədən birinin kimisə Rusiyada yaşayıb, qazanc əldə edərək ailəsini dolandıranlar var.

Bununla yanaşı, ölkədə rus dilini mükəmməl bilən və rus mədəniyyətinə (ədəbiyyatına xüsusilə də) isti münasibət bəsləyən vətəndaşlar da çoxdur. Eləcə də Azərbaycanda rus icmasını da vurğulamaq lazımdır. Məktəblərimizdə sayının azaldılmasına baxmayaraq rus bölməsi ən tələb olunandır.

Bununla yanaşı, ən yaxın qonşumuza qarşı bir sıra ciddi məsələlər var. Bunlardan qəbul etməkdə çətinlik çəkdiyimiz məsələ – Moskvanın Ermənistana münasibətidir.  

Rusiya ilk növbədə ciddi iqtisadi əlaqələrimiz olan qonşumuzdur. Rusiya bazarı kənd təsərrüfatımız üçün ən vacibdir, burada ölkəmizin çox hissəsi çalışır.

Kiçik bir nümunə.

Səfərimiz ərəfəsində “Rossiya” telekanalının qalmaqallı aparıcısı Vladimir Solovyov özünəxas tərzdə “Azərbaycanı vurmaq” təklif edib. Əlbəttə, fürsətdən istifadə edərək telekanaldakı həmkarlarımıza müvafiq iddia irəli sürdük.

Bununla yanaşı, çıxışım zamanı qeyd etdim ki, Rusiyanın bir sıra siyasi tolk-şoularda erməni əsili ekspertlərə rast gəldiymiz halda, bir nəfər də olsun azərbaycanlı ekspert görmürük. Burada jurnalist Fuad Abbasovu istisna hal kimi qeyd etmək olar. Lakin həmkarım F.Abbasova böyük  hörmət bəsləsəm də, o, rus dilində fikirlərini çətinliklə ifadə edirdi. Açığı telekanal nümayəndələrinin reaksiyası məni təəccübləndirdi. Onlar çox uzatmadan bu sualı verdilər: “Bəs siz nə təklif edirsiniz?”.

Əlbəttə ki, mən də cavabı gecikdirmədim. Onlara Rusiyada yaşayan azərbaycanlı ekspertlərin siyahısını təqdim etməyi təklif etdim. “Rossiya” kanalındakı həmkarlar razılaşdılar. Bu ideyanı nümayəndə heyətimizin rəhbəri Vüqar Səfərli də dəstəklədi.

Belə epizodlar az olmadı. Burada belə bir nəticə çıxarmaq olar – rusiyalı həmkarlarla bütün cəbhələrdə ­– istər iqtisadiyyat olsun, istərsə də KİV çalışmaq vacibdir və lazımdır.  

Bu cür nəhəng ölkənin elitasının birmənalı olmasına inanmaq sadəlövlük olar. Həmçinin bir və ya onlarla səfərlə Rusiya siyasətini Ermənistana üz çevirməsinə ehtimal etmək də sadəlövlükdür.

Siyasət sadəcə axırıncı məqsəd deyil. Məhz bu prinsipdə dövlətlər arasında münasibətlər qurulur. Hər iki tərəfin milli maraqlarını təmin edən bütün elitalarla yavaş-yavaş, lakin doğru addımlarla çalışaraq, dost münasibətlərini qurub, maraqlarını lobbiləşdirmək olar.

Başqa sözlərlə desək, bütün rusiyanın mediasına Solovyova bənzər birinin olmasına görə incimək ağılsızlıqdır.

Beləliklə, rusiyada rəqiblərimizin əmin mövqelərinə, çətinliklərə baxmayaraq dövlətimizin milli maraqları üçün bir-birimizlə çalşımalıyıq,

Müşahidə №2: azərbaycanlılarla qarşı müsbət münasibət.

Moskvalıların bizə münasibəti məsələsinə toxunmaq istərdim. Açığı düşünürdüm ki, Moskvada azərbaycanlı haqda stereotip, yəni “bazardan irəli gələn” münasibət daha aktualdır. Axı bizlər elə hesab edirik ki, Rusiyada bizi belə görürlər. Mənim şəxsi əlaqələrim və müşahidələrin bunun əksinin şahidir.

İlk növbədə işgüzar səfərdən danışdıqda, hər bir görüş dövlət başçımız haqqında sözlərlə başlayıb. Hər kəs – Rusiyanın Jurnalistlər İttifaqının rəhbərindən tutmuş Dmitri Kiselova qədər Azərbaycan prezidentinin – müdrüklüyü, xarizması, öz ölkəsnə sonsuz məhəbbəti, qonşularla dostluq və mehriban münasibət qurması ilə müasir siyasətin etalonu olmasını dəfələrlə vurğulayıblar. Rusiyanın media-elitası Prezident İlham Əliyevi belə görür.

Etiraf edim ki, rusiyalı həmkarlarımın bu sözləri məni ölkə başçımıza görə qürur hissi yaşatdı.

Həmçinin diplomatik korpusunun hörmətli ağsaqqalı hesab edilən Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun ünvanına səsləndirilən sözləri də əlavə etsək, bu zaman müsbət emosiyaları ifadə etmək çətinləşir.

Yeri gəlmişkən, söyləyim ki, sıravi insanlar da “Azərbaycan” sözünə analoji münasibət bəsləyirdi. Müsbət, isti sözlər, Bakıya səfər etməyə böyük maraq göstərirdilər.

Avropa Liqası çərçivəsində Tulanın “Arsenal” stadionunda keçirilən matç zamanı flaqmanımız “Neftçi”yə qarşı bir kəlmə belə mənfi fikir səsləndirilmədi.

Neftçilərin səfər oyunu çərçivəsində tarixi qələbəsi olmasına baxmayaq futbol fanatları bizə yaxınlaşaraq təbrik edirdi. Ümid edirəm ki, azarkeşlərimiz də onların Bakıya səfəri çərçivəsində mehriban qarşılayacaq.

Burada Moskva-Bakı reyslərini dolduran “Jara” möhtəşəm festivalını qeyd etməyə bilməzdim. Demək olar ki, Moskvanın bütün şou-boznesi qonaqpərvər Abşeronun isti ab-havasına dalmaq imkanı əldə etdi. Minlərlə heyran qonaq, sosial şəbəkələrdə on minlərlə müsbət rəylər, yeni dostluq əlaqələri ... bütün bunlar Prezidentimizdən başlayaraq Bakıdakı sıravi gidlərə qədər ölkəmizin xeyrinə atılmış nəhəng işin bir hissəsidir.

Bu qeydlərin sonu olaraq nümayəndə heyətimizin rəhbəri – Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin bu cür görüşlərin birdəfəlik deyil, müntəzəm xarakter alması fikrini nümunə gətirmək istərdim.

Çox ümid edirəm ki, yaxın zamanlarda Bakıda rusiyalı həmkarlarımızı qarşılayaraq onlara qonaqpərvərlyimizi nümayiş etdirəcəyik.

Lakin yalnız rusiyalı həmkarlarla işləmək kifayət deyil. Bizlərə maraq göstərən – istər gürcü, istər rus, istərsə də Avropa KİV-i olsun hər bir kəslə əlaqələr qurmaq lazımdır.

Bu, asan iş deyil.  Necə deyərlər, yolu yol gedən fəth edər!

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

Paylaş:
2056

Sizin üçün xəbərlər

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər