İranda iki terror qrupu zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Dünya

İranda iki terror qrupu zərərsizləşdirilib

10:53 - 22 / 11 / 2015
İranda iki terror qrupu zərərsizləşdirilib

İranda son bir neçə gün ərzində iki terror qrupu zərərsizləşdirilib. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın Kəşfiyyat Məsələləri üzrə Nazirliyi məlumat yayıb.
 
“İranın təhlükəsizlik qüvvələri ölkənin iki əyalətində partlayışlar törətməyi planlaşdıran iki terror qrupunu zərərsizləşdirib”, - deyə İRNA nazirliyin məlumatına istinadən bildirir.  
 
Məlumata görə, terror qruplarından biri ölkənin cənub-şərqindəki Sistan və Belucistan əyalətində fəaliyyət göstərib. Terrorçular ölkənin şərqində ümumi çəkisi 150 kq-dan çox olan 10 bomba partlatmağı planlaşdırıblar.  
 
İkinci terror qrupu Qərbi Azərbaycan əyalətində zərərsizləşdirilib. 

“Terror aktları törətmək məqsədilə ölkə ərazisinə keçən düşmən qruplarının mobil telefon vasitəsilə apardıqları danışıqlar qeydə alınıb. Saxlanılan şəxslərdən çoxlu sayda silah-sursat aşkarlanıb”, - deyə məlumatda qeyd olunub.     

Xatırladaq ki, noyabrda İraqla həmsərhəd Kirmanşah əyalətində İŞİD terror qruplaşması ilə əlaqəli qruplaşmanın üzvləri saxlanılıb.
 
1news.az

 

Paylaş:
765

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər